YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

MOK-da ötən gün Avropa Oyunlarında medal qazanmış idmançılarımızla ənənəvi görüş

Bu gün Azərbaycan Milli Olimpiya Komitəsində (MOK) I Avropa Oyunlarında mükafat qazanan idmançılarımızla ənənəvi görüş keçirilib.

Mərasimdə MOK-un vitse-prezidenti Çingiz Hüseynzadə, Azərbaycanın olimpiya çempionları Nazim Hüseynov və Rəfiqə Şabanova, Azərbaycan Taekvondo Federasiyasının vitse-prezidenti Niyaməddin Paşayev iştirak ediblər.

Qeyd edilib ki, azərbaycanlı idmançılar Oyunların ilk günündən etibarən 11 qızıl, 3 gümüş və 9 bürünc medal qazanıblar. Çıxış edənlər əmin olduqlarını bildiriblər ki, Azərbaycan qarşıdakı günlərdə daha çox medal qazanacaq.

Sonra Avropa Oyunlarında kişilər arasında sərbəst güləş üzrə yarışların qalibləri Toğrul Əsgərov (65 kq) və Xetaq Qazyumov (97 kq), bürünc mükafatçı Cəbrayıl Həsənov (74 kq) , eləcə də taekvondo yarışlarının qalibi Ayxan Tağızadəyə xatirə hədiyyələri təqdim edilib.

Daha sonra idmançılar nar ağacının qızıl, gümüş və bürünc medallarını tərənnüm edən simvolik bəhrələri üzərində imza atıblar.

Qonaqlara konsert proqramı təqdim olunub.