YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Bayram Beqay: Albaniya ilə Azərbaycan arasında qarşılıqlı maraq doğuran sahələrdə dinamik inkişaf müşahidə olunur

Azərbaycanla Albaniya arasında son illərdə qarşılıqlı maraq doğuran sahələrdə dinamik inkişaf müşahidə olunur.

Bu fikir Albaniya Respublikasının Prezidenti Bayram Beqayın Azərbaycan Prezidenti İlham Əliyevə məktubunda yer alıb.

Dövlətimizin başçısına və dost Azərbaycan xalqına Müstəqillik Günü münasibətilə Albaniya xalqı və öz adından xoş və səmimi arzularını çatdırmaqdan xüsusi məmnunluq duyduğunu ifadə edən Bayram Beqay vurğulayıb: “Fürsətdən istifadə edərək bir daha bildirirəm ki, keçən ilin noyabrında Sizin Tiranaya dövlət səfəriniz mənim üçün və alban xalqı üçün məmnunluq doğuran böyük şərəf idi. Bu səfərin əhəmiyyəti və müzakirə olunan məsələlər ölkələrimiz, xalqlarımız arasında əla dostluq və əməkdaşlıq əlaqələrinin daha da möhkəmlənməsinə xidmət edəcək”.