YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Müharibə və əmək əlilləri üçün pansionatın sakinləri ilə görüşüb keçirilib

Yeni Azərbaycan Partiyası (YAP) Nizami rayon təşkilatının fəalları ümummilli lider Heydər Əliyevin anadan olmasının 100 illik yubileyi münasibətilə Bilgəh qəsəbəsində yerləşən Müharibə və əmək əlilləri üçün pansionatın sakinləri ilə görüşüblər.

Ümummilli lider Heydər Əliyevin və şəhidlərimizin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsindən sonra pansionatın sakinləri qarşısında çıxış edən fəallar onlara xoş arzularını və niyyətlərini çatdırıblar. Bildiriblər ki, ölkəmizdə onlar üçün dövlət tərəfindən davamlı olaraq diqqət və qayğı göstərilir. Müharibə və əmək əlilləri üçün pansionatın rəhbərliyi də onları belə bir gündə yad edərək görüşə gəldiklərinə görə fəallara minnətdarlığını bildirib.

Müxtəlif müsabiqələrin qalibləri olmuş gənc ifaçıların, eləcə də 8 saylı Uşaq-Gənclər İnkişaf Mərkəzinin və 190 saylı uşaq baxçasının kollektivinin də iştirak etdiyi konsert proqramı ilə başa çatan görüş pansionat sakinlərinin böyük sevincinə səbəb olub.