YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

AMEA-nın Mərkəzi Elmi Kitabxanasında laçınlı tələbələrin iştirakı ilə tədbir keçirilib

Yeni Azərbaycan Partiyası (YAP) Laçın rayon təşkilatı Azərbaycan Milli Elmlər Akademiyası Mərkəzi Elmi Kitabxanasında “Heydər Əliyev və Azərbaycan gəncliyi” mövzusunda laçınlı tələbələrin iştirakı ilə tədbir keçirib.

Əvvəlcə ulu öndər Heydər Əliyevin və torpaqlarımızın azadlığı uğrunda canlarından keçmiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib,

Ümummilli Liderin həyat və fəaliyyətindən bəhs edən və Laçına qayıdışa həsr olunmuş filmlər nümayiş olunub.

YAP Laçın rayon təşkilatının sədri İlqar İlyasov Azərbaycanda gənclər siyasətinin təşəkkül tapmasında Ulu Öndərin müstəsna xidmətlərindən danışıb. Bildirib ki, ümummilli lider Heydər Əliyev gənclər siyasətinin uğurla həyata keçirilməsi məqsədi ilə bu sahənin zəruri qanunvericilik bazasının formalaşdırılmasını təmin edib. Gənclərin sosial, iqtisadi və digər problemlərinin həllinə yönəldilən, onların öz qabiliyyətlərini inkişaf etdirmələrinə kömək edən fərman və sərəncamlar, dövlət proqramları qəbul edilib. Bu gün Heydər Əliyevin gənclər siyasəti Prezident İlham Əliyevin xüsusi diqqət və qayğısı ilə daha səmərəli və mütəşəkkil formada davam etdirilir.

Sonra gəncləri maraqlandıran suallar cavablandırılıb.

Sonda tələbələr kitabxananı və MEK-in “Qarabağ müharibəsi qəhrəmanları” fondunu ziyarət ediblər.