Xəbərlər
Azərbaycan Prezidenti İlham Əliyevin Litvaya rəsmi səfəri başa çatıb
![](http://yap.org.az/thumb.php?src=http://yap.org.az/upload/images/c2fe068770a450494af6ea7ee7af27c8.jpg&w=360)
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Litva Respublikasına rəsmi səfəri mayın 22-də başa çatıb.
Hər iki ölkənin Dövlət bayraqlarının dalğalandığı Vilnüs Beynəlxalq Aeroportunda Azərbaycan Prezidentinin şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü.
Prezident İlham Əliyevi və birinci xanım Mehriban Əliyevanı rəsmi şəxslər yola saldılar.