YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Azərbaycan Prezidenti İlham Əliyev taekvondo yarışlarında Ayxan Tağızadənin final uğrunda mübarizəsini izləyib

İyunun 17-də “Baku Crystal Hall”da birinci Avropa Oyunları çərçivəsində taekvondo üzrə daha iki çəki dərəcəsində yarışlar keçirilib. Kişilər arasında 68 kiloqram çəkidə Azərbaycanı təmsil edən Ayxan Tağızadə yarımfinalda qalib gələrək finala vəsiqə qazanıb.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və xanımı, “Bakı-2015” birinci Avropa Oyunları Təşkilat Komitəsinin sədri Mehriban Əliyeva gənc idmançımızın finala çıxmaq uğrunda mübarizəsini izləyiblər.

Ayxan Tağızadə yarışa ilkin mərhələdən başladı. Sloveniyalı Yure Pantarla döyüşən həmyerlimiz 11:3 hesabı ilə qalib gələrək dörddə bir finalda London Olimpiya Oyunlarının qalibi, ikiqat dünya və ikiqat Avropa çempionu ispaniyalı Xoel Qonzales Bonilla ilə qarşılaşdı. On doqquz yaşlı idmançımız təcrübəli rəqibini 7:5 hesabı ilə məğlub edərək yarımfinalda iştirak hüququ qazandı. Bu mərhələdə Rusiya idmançısı Aleksey Denisenkonu 7:5 hesabı ilə məğlub edən Ayxan Tağızadə finala çıxdı.

Final görüşündə Ayxan Tağızadə polşalı Karol Robak ilə qarşılaşdı. Rəqib üzərində inamlı qələbə qazanan idmançımız birinci Avropa Oyunlarının çempionu oldu.

Sonra qaliblərin mükafatlandırılması mərasimi oldu.

Qalib idmançımızın şərəfinə Azərbaycanın dövlət himni səsləndirildi, dövlət bayrağımız ucaldıldı.

Beləliklə, Azərbaycan birinci Avropa Oyunlarında qazandığı qızıl medalların sayını 11-ə çatdırdı.