YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Prezident İlham Əliyev birinci Avropa Oyunlarının çempionu Toğrul Əsgərova qızıl medalı təqdim edib

Birinci Avropa Oyunlarında Azərbaycanın aktivinə daha bir qızıl medal yazılıb. İyunun 17-də Heydər Əliyev adına İdman Sarayında Azərbaycan pəhləvanı Toğrul Əsgərov bütün rəqiblərini məğlub edərək birinci Avropa Oyunlarının çempionu olub.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, xanımı, “Bakı-2015” birinci Avropa Oyunları Təşkilat Komitəsinin sədri Mehriban Əliyeva və ailə üzvləri final qarşılaşmasını izləyiblər.

Olimpiya çempionu Toğrul Əsgərov 65 kiloqram çəki dərəcəsində səkkizdəbir finala yüksəlmək üçün əvvəlcə rusiyalı İlyas Bekbulatovu 8:7 hesabı ilə məğlub etdi. O, səkkizdəbir finalda moldovalı Mixail Sava ilə qarşılaşdı və 10:0 hesabı ilə qalib gəldi. Yarışın dörddə bir finalında isə idmançımızın rəqibi fransalı Maksim Fiquen oldu və bu qarşılaşmadan da Toğrul 10:0 hesabı ilə qalib ayrıldı. Yarımfinalda Belarus idmançısı Azamat Nurikovu 7:2 hesabı ilə məğlub edən Olimpiya çempionumuz finalda İtaliya təmsilçisi Frank Markez Kamizo ilə üz-üzə gəldi. Toğrul Əsgərov bu görüşü təmiz qələbə ilə başa vurdu və birinci Avropa Oyunlarının çempionu oldu, xalqımıza növbəti qələbə sevinci yaşatdı. Toğrul Əsgərovun bu qələbəsi ilə Azərbaycanın aktivinə yazılan qızıl medalların sayı 9-a çatdı.

Sonra mükafatların təqdimetmə mərasimi oldu.

Azərbaycan Prezidenti İlham Əliyev qalib idmançılara medalları təqdim etdi.

Bu qələbə münasibətilə Azərbaycanın dövlət himni səsləndirildi, üçrəngli bayrağımız ucaldıldı.

 

DİGƏR Xəbərlər Arxiv