YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

“Heydər Əliyev və müasir Azərbaycan gəncliyi”

YAP Cəlilabad rayon təşkilatı, Cəlilabad Rayon Gənclər və İdman İdarəsi və rayon Uşaq Gənclər İdman-Şahmat Məktəbinin birgə təşkilatçılığı ilə “Heydər Əliyev və müasir Azərbaycan gəncliyi” mövzusunda tədbir keçirilib.

Əvvəlcə ümummilli lider Heydər Əliyevin və Azərbaycanın ərazi bütövlüyü uğrunda canından keçmiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Tədbirdə çıxış edən YAP Cəlilabad rayon təşkilatının sədri Mirsüleyman Mirxaslı ulu Öndər Heydər Əliyevin ölkəmizin hərtərəfli inkişafı, qüdrətlənməsi naminə misilsiz xidmətlərindən və böyük xilaskarlıq missiyasından danışıb.

Çıxışlarda Ulu Öndərin hakimiyyəti illərində gənclərə göstərilən diqqət və qayğıdan, qəbul edilən sərəncam və fərmanlardan, gənclərin Ümummilli Liderin təşəbbüsü ilə keçirilən forumundan, Gənclər Gününün təsis olunmasından, əsası dahi şəxsiyyət tərəfindən qoyulmuş gənclər siyasətinin bu gün Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilməsindən, rayonda gənclərin inkişafı üçün yaradılan şəraitdən ətraflı bəhs edilib.

Sonda ulu öndər Heydər Əliyevin anadan olmasının 100-cü ildönümü münasibətilə YAP Cəlilabad rayon təşkilatı və Cəlilabad Uşaq Gənclər İdman-Şahmat Məktəbinin birgə təşkilatçılığı ilə keçirilən şahmat turnirinin qalibi Eynullayev Nihad Fərid oğluna hədiyyə, rayonun ictimai-siyasi həyatında fəal iştirak edən bir qrup gənc və idman məşqçisinə fəxri fərman təqdim olunub.