YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Azərbaycan WAIPA-nın rəhbər heyətinə daxil olub

İyunun 14-16-da İtaliyanın Milan şəhərində İnvestisiyaların Təşviqi Agentliklərinin Dünya Assosiasiyasının (WAIPA) Baş Assambleyasının iclası çərçivəsində təşkilatın İdarəetmə Komitəsinin növbəti toplantısı və XX Dünya İnvestisiya Konfransı keçirilib.

Bu barədə Trend Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fonduna (AZPROMO) istinadən məlumat verir.

Məlumata görə, WAIPA-da AZPROMO-nun aktiv fəaliyyəti, təşkilatın inkişafına verdiyi töhfə və onun üzvlər arasında yüksək nüfuzu nəzərə alınaraq İdarəetmə Komitəsinin qərarı ilə Fondun rəhbəri Rüfət Məmmədov yenidən WAIPA-nın vitse-prezidenti seçilib.

Qeyd edək ki, WAIPA 1995-ci ildə Cenevrədə yaradılıb və 162 ölkədən 244 üzvü var. WAIPA-nın başlıca məqsədi investisiyaların təşviqi üzrə agentliklər arasında əməkdaşlığın genişləndirilməsi, investisiyaların cəlb edilməsi sahəsində informasiya mübadiləsi və üzv təşkilatlara investisiyalara kömək üzrə strategiyanın formalaşmasında yardımın göstərilməsidir.