YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Ulu Öndər Azərbaycan xalqının xilaskarı kimi şərəfli və çətin missiyanı yerinə yetirib

Yeni Azərbaycan Partiyası Nəsimi rayon təşkilatı “M.Qasımov küç.1B” ünvanı üzrə (Kliniki Tibbi Mərkəz) ərazi partiya təşkilatında ulu öndər Heydər Əliyevin anadan olmasının 100-cü ildönümü münasibətilə tədbir keçirilib.

Tədbirdə ulu öndər Heydər Əliyevin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. 2 saylı Klinik Uşaq Xəstəxanasının baş həkimi Azər Xudiyev, Kliniki Tibbi Mərkəzin direktoru Könül Ələkbərov Ümummilli Liderin müstəsna tarixi xidmətlərindən danışıb, Heydər Əliyev siyasi irsinin əhəmiyyətindən bəhs ediblər.

YAP Nəsimi rayon təşkilatının sədri Azər Süleymanov ulu öndər Heydər Əliyevin Azərbaycan xalqının xilaskarı kimi şərəfli və çətin missiyanı böyük əzmlə yerinə yetirdiyini deyib, ölkəmizin inkişafı sahəsində göstərdiyi əvəzsiz xidmətlərdən söhbət açıb.