YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Milli Məclisin deputatı Azərbaycanı tənqid edənləri konstruktiv mövqe tutmağa çağırır

Amerikada çıxan “The Daily Caller” qəzetində Azərbaycan parlamentinin deputatı Asim Mollazadənin “Dünyəvi müttəfiq müsəlman dövlətinə konstruktiv tənqid lazımdır” sərlövhəli məqaləsi dərc edilib.

Müəllif bu məqalədə ABŞ-ın Azərbaycanı qeyri-konstruktiv mövqedən tənqid etməsi ilə bağlı problemlərə toxunur. Müxalifətçi Demokratik İslahatlar Partiyasının üzvü olan A.Mollazadə qeyd edir ki, insan haqları ilə bağlı məsələlərdə irəliləyişə nail olmağın ən yaxşı üsulu ölkəni təcrid etmək yox, müvafiq məsələləri tərəfdaşlıq çərçivəsində həll etməkdir. Deputat yazır ki, onun təmsil etdiyi Demokratik İslahatlar Partiyası plüralizm və azadlıq ideyalarını, orta sinfin, sahibkarlığın və təhsilin inkişafını dəstəkləyir, habelə iqtisadiyyatı şaxələndirməyə çağırır. Müəllif yazır ki, müxalifətçi mövqe tutan Demokratik İslahatlar Partiyası hökuməti tənqid etməyə qorxmur, lakin istər ölkə daxilində, istərsə də xaricdən səslənən hər hansı tənqid ölkədəki reallıqların başa düşülməsinə əsaslanmalıdır. A.Mollazadə vurğulayır: “Strateji regionda yerləşən və çox zəngin enerji ehtiyatlarına malik olan, ənənəvi dini tolerantlığı ilə seçilən Azərbaycanı tənqid edənlər etinasız yox, konstruktiv mövqe tutmalıdırlar”.