YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Onun böyük arzusu...

Musiqimizin milli rəmzi “Xarıbülbül”

Hər bir insan üçün Vətən onun evidir, Vətən onun kəndidir, Vətən onun torpağıdır, Vətən onun ölkəsidir... Bu ifadə Heydər Əliyevin ən sevdiyim cümlələrindən biridir. Biz azərbaycanlılar həqiqətən də Vətənə, torpağa dərindən bağlı olmağımızla seçilir və bunu hər addımda göstəririk. Vətənin hər guşəsi müqəddəsdir, əzizdir, Şuşa isə Azərbaycanın gözüdür, hər birimiz üçün iftixar nöqtəsidir. Çünki Natəvan, Üzeyir bəy, Bülbül milli ruhumuzun təcəssümüdür. Bir il əvvəl may ayında Şuşada keçirilən Xarıbülbül festivalında İlham Əliyev ata vəsiyyətini yerinə yetirdiyi üçün xoşbəxt olduğunu dilə gətirərkən kövrəlmişdi. Bu gün Şuşada yenidən Xarıbülbül festivalı keçirilir. Biz də xoşbəxtik ki, tutulan sözlər, verilən vədlər artıq öz yerini tapıb və inanırıq ki, bu xoşbəxtlik əbədi olacaq...

... Adamın evində əziz bir otağı olanda çalışır ki, həmişə qonaqları orada qarşılasın. Şuşa da bizim nəzərimizdə Azərbaycanın ən əziz guşəsidir. Ona görə də ən yaxşı tədbirləri Şuşada keçirir, mötəbər ziyarətçiləri mütləq Qarabağın cənnət guşəsi ilə tanış edirik. Uzun illər əvvəl Şuşada baş tutan Xarıbülbül

festivalının yenidən keçirilməsi, müxtəlif ölkələrdən çoxsaylı qonaqların, iştirakçıların bu tədbirə dəvət olunması və ən nəhayər Şuşanın Türk Dünyasının mədəniyyət paytaxtı elan edilməsi təsadüfi deyil. Çünki Şuşa öz gözəlliyi, yetirdiyi sənətkarları da nəzərə aldıqda həm də türk dünyası üçün əzizdir. Bu məqamda qeyd etmək istərdim ki, bu gün həm də “Şuşa-Türk dünyasının mədəniyyət paytaxtı 2023” tədbirinin rəsmi açılışı baş tutur. Tarixlərin bu cür üst-üstə düşməsi təbii ki, təsadüf deyil. Şuşa Türk dünyasının mədəniyyət paytaxtı statusunu bir il müddətinə alsa da, ölkə başçımız ona bu ünvanı ömürlük verib.

Heydər Əliyev milli adət ənənələrə, torpağa, xalqa bağlı olmaqla bərabər həm də milli musiqilərə dərindən bağlı idi. Təbii ki, onun ən böyük arzularından biri olan azad Şuşada keçirilən bu festivalda onun sevdiyi musiqilərin səsləndirilməsi də onun böyük arzusunun bu gün həyata keçən formasının təntənəsi idi. Ötən gün Mehmandarovların malikanə kompeksində Ulu Öndər Heydər Əliyevə həsr olunan “Ümummilli Lider Heydər Əliyev-sevimli mahnılar” adlı konsert proqramı olub. Konsertdə ümummilli lider Heydər Əliyevin sevdiyi mahnılardan ibarət musiqi parçaları səsləndirilib. Tanınmış ifaçılar tərəfindən “Alagöz”, “Qaragilə”, “Qərənfil”, “Küçələrə su səpmişəm”, “Haradasan”, “Gözəlim sənsən”, “Tut ağacı”, “Sənə də qalmaz”, “Şuşanın dağları”, “Sevgili canan”, “ Dünya sənin, dünya mənim”, “Azərbaycan” və digər mahnı və rəqs nümunələri səsləndirilib. Bunların hər biri 100 illik yubileyini qeyd etdiyimiz və öz davamçısı üçün Şuşaya gedən yolun bir növ çertyojunu verən Ulu Öndərə sayğının təcəssümüdür.

Bu gün onun böyük arzusu reallaşır və əminik ki, artıq üç ildir baş tutan festivalda o da bizimlə bərabər dayanır. Özü cismən olmasa da, siyasi varisi və onun ailəsi daim bu festivalın nə qədər vacib, əziz olduğunu göstərmək üçün ön sıralardan əyləşir.

Şuşada keçirilmiş “Xarıbülbül” festivalının Azərbaycanın indi də mədəniyyət sahəsində əldə etdiyi növbəti möhtəşəm qələbədir. Bu möhtəşəm bayram sözün əsl mənasında ölkəmizdə mövcud olan multikulturalizm mühitinin də bariz təntənəsidir. Əlbəttə ki, Şuşada keçirilən möhtəşəm festival Azərbaycanın Vətən müharibəsində əldə etdiyi tarixi Qələbə ilə sıx əlaqəlidir. Zəfər qazanmadan, torpaqlarımız işğaldan azad edilmədən Şuşada, Cıdır düzündə “Xarıbülbül” festivalını keçirmək mümkün olmazdı.

Günel Abbasova
"Yeni Azərbaycan" qəzeti