YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Atəşkəsdən kapitulyasiyaya...

Nurlan Qələndərli

YAP Mərkəzi Aparatının İnformasiya texnologiyaları və ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri

29 il əvvəl bu gün – 1994-cü il mayın 12-də Ermənistan ilə Azərbaycan arasında atəşkəs elan edilməsinə dair “Bişkek protokolu” qüvvəyə mindi, cəbhə xəttində fəal hərbi əməliyyatlar müvəqqəti olaraq dayandırıldı. 
MÜVƏQQƏTİ atəşkəsə rəğmən, Azərbaycan torpaqlarını DAİMİ işğal altında saxlamağa çalışan Ermənistanın niyyəti bir müddət sonra iflasa uğradı. Azərbaycan Ordusu təcavüzkar silahlı birləşmələrin növbəti dəfə atəşkəs rejimini pozaraq törətdiyi təxribata əks-hücum əməliyyatı ilə cavab verdi, 44 günlük Zəfər yürüşü “status” iddiasını cəhənnəmə, status-kvonu isə tarixin arxivinə yolladı, Ermənistan atəşkəsdən 26 il 6 ay sonra kapitulyasiya aktına imza atdı.

Bəhs olunan dönəmlə bugünkü reallıqları müqayisə etdikdə aydın olur ki:

- O vaxt atəşkəs DAHA ÇOX AZƏRBAYCANA LAZIM İDİ. Çünki torpaqları işğala məruz qalmış dövlət Ermənistanın xarici himayədarlarının dəstəyi ilə davam etdirdiyi təcavüzün qarşısını almaq və ədaləti bərpa etmək üçün “taymaut” götürməli, iqtisadi və hərbi-strateji addımlar ataraq ordu quruculuğuna nail olmalı idi. Azərbaycan buna müvəffəq oldu – VAXT QAZANDI, iqtisadi potensialını, hərbi qüdrətini artırdı, beynəlxalq mövqeyini möhkəmləndirdi və nəhayət, “Dəmir yumruq” əməliyyatı ilə suverenliyin bərpasını gerçəkləşdirdi;

- Bu gün isə postmüharibə reallıqları fonunda SÜLH DAHA ÇOX MƏĞLUB ERMƏNİSTANA – KAPİTULYANT İRƏVANA GƏRƏKDİR. İndi sülhə tələsməyən Ermənistan gecikir – VAXT İTİRİR. Vaxt itkisi isə daha böyük itkilərə səbəb olur – siyasi böhran genişlənir, iqtisadi tənəzzül sürətlənir, regional təcrid dərinləşir;

-  Azərbaycan atəşkəs rejiminin yaradılmasından istifadə edərək öz milli gücünü, hərbi-strateji resurslarını artırmaqla “sülhün alternativi yoxdur” deyənlərin mövqeyinə rəğmən, döyüş meydanında VƏZİYYƏTİ DƏYİŞDİRDİ. 

Bu gün isə “sülhə alternativ yoxdur” deyimi tam olaraq İrəvan üçün keçərli – adekvatdır. Çünki Azərbaycan qarşısında ağır - əzici məğlubiyyətə uğrayan, hərbi potensialı məhv olan Ermənistan nə revanş almaq, nə də DURUMU DƏYİŞDİRMƏK iqtidarındadır. İrəvan üçün başqa YOL yoxdur – ya sülh, ya da... 

Azərbaycan isə Zəfər YOLundadır!