YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Qırğızıstanda Heydər Əliyev adına məktəbin açılışı xalqlarımızın qardaşlığının rəmzidir

Dahi Heydər Əliyevin strateji düşüncə tərzi və uzaqgörənliyi müasir Azərbaycanın yaradılmasında və uğurlu inkişafında əsas amillər oldu. Onun genişmiqyaslı sosial-iqtisadi islahatları, infrastruktur layihələri və çox fəal xarici siyasəti Azərbaycana ölkənin hüdudlarından uzaqlarda da şöhrət qazandırdı.

Bu barədə Qırğızıstan Prezidenti Sadır Japarovun Heydər Əliyevin 100 illik yubileyi münasibətilə Prezident İlham Əliyevə ünvanladığı təbrik məktubunda deyilir.

“Biz Sizin şəxsinizdə Heydər Əliyevin Azərbaycanın tarixi qələbəyə nail olduğu, regionda sabitləşdirici siyasi rol oynadığı və beynəlxalq iqtisadi münasibətlərdə nüfuzlu mövqelərə sahib olduğu siyasətinin uğurlu davamını görürük. Qürur hissi ilə qeyd edirəm ki, Qırğızıstanda Azərbaycanın böyük Liderinin adına olan məktəbin bizim tərəfimizdən birgə açılışı əlamətdar hadisədir, qırğız və Azərbaycan xalqlarının qardaşlığının rəmzidir”, - deyə məktubda vurğulanır.