YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Gürcüstanın Baş naziri İrakli Qaribaşvili Azərbaycan Prezidenti İlham Əliyevi təbrik edib

Dahi Heydər Əliyev bütün mənalı həyatını sevdiyi ölkəsinə həsr etmiş və milli dövlətçiliyin əsasını qoymuş görkəmli siyasi xadim idi. İndi Azərbaycan beynəlxalq arenada mühüm rol oynayır və öz Ümummilli Liderinin xatirəsini ehtiramla yad edir.

Bu fikirlər Gürcüstanın Baş naziri İrakli Qaribaşvilinin Heydər Əliyevin anadan olmasının 100 illik yubileyi münasibətilə Prezident İlham Əliyevə ünvanladığı təbrik məktubunda yer alıb.

Gürcüstan ilə Azərbaycan arasında strateji münasibətlərin qurulmasında dahi Heydər Əliyevin fundamental rolunu vurğulayan Baş nazir qeyd edib ki, onun bu xidmətləri daim yaşayacaq: “İnanıram ki, biz birgə səylərimizlə strateji tərəfdaşlığımızı xalqlarımızın və bütün regionun rifahı naminə daha da inkişaf etdirməyə davam edəcəyik”.

İrakli Qaribaşvili əlamətdar yubiley münasibətilə Ulu Öndər Heydər Əliyevin xatirəsinə dərin ehtiramını bildirib, qardaş Azərbaycan xalqına ən xoş arzularını və səmimi salamlarını çatdırıb.