YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Arzu reallığa çevrildi

“Ulu Öndər Heydər Əliyevin ən böyük arzusu Şuşanı, Qarabağı və Zəngəzuru azad görmək idi. Ölkə rəhbəri, Ali baş komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan xalqı onun bu arzusunu reallığa çevirdi. Bu gün biz hər birimiz müstəqil, güclü və bütöv Azərbaycanın sakinləriyik”.  Bunu açıqlamasında Milli Məclisin deputatı Vüqar İskəndərov deyib.

Vüqar İskəndərov bildirib ki, Sovet Azərbaycanın ən çiçəklənən dövrü məhz 1969-82-ci illəri əhatə edir: “Əlbəttə bu Sovet imperiyasının bizə qarşı olan müsbət yanaşması deyildi. Sadəcə olaraq onda Azərbaycan rəhbərliyində Heydər Əliyev kimi güclü, iradəli bir sima var idi. O Azərbaycanı ən geridə qalmış yerlərdən ən qabaqcıl yerlərə gətirib çıxarmışdı. Müstəqil Azərbaycanın sənaye və iqtisadi potensialı məhz o illərdə formalaşıb. Məhz o illərdə yetişmiş kadrlar müstəqil Azərbaycanda və bu gün də fəaliyyət göstərərək bizim ümumi inkişafımızı təmin edirlər. Heydər Əliyev SSRİ rəhbərliyində də təmsil olunduğu zamanlar Azərbaycanın əleyhinə atılan hər hansı bir addımın reallaşmasına imkan vermirdi. Məhz buna görədir ki, ölkəmizin başını alan qara buludlar 1987-ci ildən sonra başladı. Ulu öndərin 1987-ci ildə istefa verməsindən iki həftə keçməmiş erməni millətçiləri və onların sovet iqtidarında olan himayədarları ovaxtkı Dağlıq Qarabağ Muxtar Vilayətinin Azərbaycanın tərkibindən çıxarıb Ermənistanın tərkibinə verilməsi ilə bağlı məsələ qaldırmışdılar. Bu bir faktdır ki, əgər Heydər Əliyev hakimiyyətdə təmsil olunsaydı, heç vaxt erməni millətçiləri bu çirkin əməllərə əl atmağa cürət etməzdilər. Təəsüflər olsun ki, bu əməllər 90-cı illərin əvvəlləri də davam etdi. Nəticədə isə müstəqillik qazanmaq istəyən bir ölkə 1 milyon qaçqını olan və yer üzündən silinmək ərəfəsində olan bir ölkəyə çevrildi. Bütün həyatını xalqının rifahına həsr edən Heydər Əliyev yenə Azərbaycan xalqını tək qoymadı. Bu çətin vəziyyətdən xilas etmək üçün özünü bir daha odun içinə atdı. Xalq məhz Heydər Əliyevi özünə rəhbər seçdi, bu, demokratiyanın əsl təntənəsi idi. Xalqın xilaskarı Ulu Öndərin ikinci dəfə Azərbaycan rəhbərliyinə gəlməsindən sonra ölkəmiz yenidən dirçəlməyə inkişaf etməyə başladı. Heydər Əliyev 1993-cü ilin oktyabrında böyük səs çoxluğu ilə Azərbaycan Respublikasının Prezidenti seçildi. Dərhal ciddi islahatlara başlanıldı. Bütün azadlıqlar təmin edildi. AXC-Müsavat cütlüyü tərəfindən tətbiq edilmiş antidemokratik senzura qaydaları ləğv edildi. Azərbaycan dünyaya açıldı, beynəlxalq təcridə son qoyuldu. Böyük diplomatik səylər göstərildi, Qarabağ həqiqətləri dünya ictimaiyyətinə çatdırıldı, beynəlxalq təşkilatlar işğalla bağlı ədalətli və bizim mövqeyimizi gücləndirən qərar və qətnamələr qəbul etdilər. 1994-cü il sentyabrın 20-də imzalanmış “Əsrin kontraktı” isə ölkəmizin inkişafında növbəti bir dönüş nöqtəsi idi. Bu gün də biz həmin çəkilən əziyyətin bəhrələrin görürük. Əgər bu gün güclü Azərbaycan varsa onun bünövrəsini məhz Ulu Öndər qoymuşdur”.