YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Avropanın ən güclü boksçuları “Bakı-2015”-də mübarizə aparırlar

İyunun 16-da “Baku Crystal Hall”da “Bakı-2015” birinci Avropa Oyunlarının boks yarışları başlayıb.

İlk olaraq rinqə 52 kiloqram çəki dərəcəsində mübarizə aparan boksçular çıxıblar. Günün birinci yarısında 52, 60, 90 kiloqram, ikinci yarısında isə 56, 64, 75 və 91 kiloqram çəki dərəcələrində görüşlər keçirilib.

Günün nəticələrinə əsasən, 52, 56, 60, 64, 75 91 kiloqram çəki dərəcələrində Böyük Britaniya, Macarıstan, İrlandiya, Türkiyə, Gürcüstan, Almaniya, Rusiya, Ukrayna, Rumıniya, İtaliya, İrlandiya və İsveç boksçuları onaltıdabir final mərhələsinə vəsiqə qazanıblar.

Boks yarışlarının ilk günündə Azərbaycan idmançıları rinqə çıxmayıblar.