YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Musa Qasımlı: Birinci Avropa Oyunları Azərbaycana çox böyük üstünlüklər verir

«Birinci Avropa Oyunları Azərbaycana çox böyük üstünlüklər verir». Bu fikri Milli Məclisin deputatı Musa Qasımlı deyib.

M.Qasımlı bildirib ki, bu, Azərbaycanın ən yaxşı şəkildə təqdimatıdır. Onun sözlərinə görə, ilk Avropa Oyunlarının standartı Azərbaycanda yaradılır.

«İlk Avropa Oyunları Azərbaycan xalqının yüksək mədəniyyətini, təşkilatçılıq qabiliyyətini və idman ölkəsi olduğunu göstərəcək. Bununla belə, xaricdə yaşayan azərbaycanlıların özlərinə inamını artıracaq. Bu oyunlar Azərbaycan xalqının başını uca edəcək»- deyə, M.Qasımlı qeyd edib.