YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Deputat seçicilərlə növbəti görüş keçirib

Milli Məclisin 96 saylı Goranboy-Naftalan seçki dairəsi üzrə deputatı Anar Məmmədov növbəti dəfə Goranboy rayonunun Qazanbulaq qəsəbəsində və Borsunlu kəndində sakinləri qəbul edib. Qəbulda rayon ağsaqqalları, ziyalıları, şəhid ailələrinin üzvləri, qazilər və kənd sakinləri iştirak edib.

Qəbula gələn vətəndaşlar içməli su təminatı və digər problemlərlə bağlı müraciətlər səsləndiriblər. Onların müraciətləri deputat tərəfindən diqqətlə dinlənilib, Milli Məclisin deputatının səlahiyyətlərinə aid müraciətlər qanun çərçivəsində həll olunub.

Qəbulda iştirak edən sakinlər müraciətlərinə diqqətlə və həssaslıqla yanaşılmasından məmnunluqlarını bidirərək onlara yaradılan şəraitə görə Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlıqlarını ifadə ediblər.