YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

“Heydər Əliyev və 44 günlük Zəfər yolu”

Yeni Azərbaycan Partiyası (YAP) Xaçmaz rayon təşkilatı Dövlət Sərhəd Xidmətinin “N” saylı hərbi hissəsi ilə birgə ulu öndər Heydər Əliyevin 100 illik yubileyinə həsr edilmiş konfrans keçirib.

Əvvəlcə hərbi hissədə fəaliyyət göstərən Heydər Əliyev adına İdeoloji Mərkəzə baxış keçirilib.

Konfransda şəxsi heyət tərəfindən Dövlət Himni səsləndirilib.

YAP Xaçmaz rayon təşkilatının sədr müavini Emil Tağıyev, hərbi hissə komandiri polkovnik Zaur Zeynalov, rayon Gənclər və İdman idarəsinin rəisi Elman Məmmədov Ulu Öndərin Vətən və xalq qarşısında misilsiz xidmətlərindən bəhs ediblər.

Sonda ulu öndər Heydər Əliyevin həyat və fəaliyyətinə həsr olunmuş videoçarx, “Heydər Əliyev və 44 günlük Zəfər yolu” adlı sənədli film nümayiş etdirilib.