YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Hörmətlə anırıq!

Aprelin 11-də Laçın rayonu istiqamətində Ermənistan silahlı qüvvələrinin bölmələrinin təxribatının qarşısını alarkən xidməti döyüş tapşırığını şərəflə yerinə yetirən zaman şəhid olan Azərbaycan Ordusunun hərbi qulluqçusu Həsənov Elşad Qabil oğlunun doğum günü münasibətilə Ağstafa Şəhidlər xiyabanında məzarı ziyarət olunub.

Yeni Azərbaycan Partiyası (YAP) Ağstafa rayon təşkilatının sədri Etibar Hacıyev, Ağstafa Rayon İcra Hakimiyyəti başçısı Aparatının əməkdaşları, partiya fəalları, şəhid ailələri və rayon ictimaiyyətinin nümayəndələri şəhidin məzarı önünə gül dəstələri düzüb, ruhuna dualar oxuyublar.

Eyni zamanda, Vətənimizin bütövlüyü uğrunda canından keçmiş şəhidlərimizin də xatirəsi yad edilib, məzarları üzərinə tər çiçəklər qoyulub.