YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Milli Məclisin deputatı seçiciləri ilə görüşüb

Azərbaycan Respublikası Milli Məclisinin deputatı, Qərbi Azərbaycan İcmasının sədr müavini Ramil Həsən mayın 3-də Ucar rayon Heydər Əliyev Mərkəzində seçiciləri ilə görüşüb. 

Görüşdə iştirak edən Ucar rayon seçicilərinin istəkləri, o cümlədən qaldırdıqları məsələlər diqqətlə dinlənilib, qanun çərçivəsində öz həllini tapması üçün müvafiq qurumlara çatdırılacağı bildirilib. Seçicilərin bir qismi görüşdə artıq həllini tapmış məsələlərlə bağlı deputata  təşəkkürlərini ifadə ediblər. 

Ucar rayon vətəndaşları ilə bərabər rayonun şəhid ailələrinin və qazilərinin bir qrupu da xüsusi hörmət və ehtiramla dinlənilib, qaldırdıqları problemlərin həlli ilə bağlı lazımi tapşırıqlar verilib və qısa müddətdə məsələlərin müvafiq dövlət qurumlarına çatdırılması ilə bağlı tədbirlər görüləcəyi bildirilib.