YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

“Üfüqlərdə doğan Günəş”

Şamaxı rayon Mədəniyyət Mərkəzində Yeni Azərbaycan Partiyası (YAP) Şamaxı rayon təşkilatı və Şamaxı Dövlət Regional Kollecinin birgə təşkilatçılığı ilə ümummilli lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş “Üfüqlərdə doğan Günəş” mövzusunda tədbir keçirilib.

Əvvəlcə ümummilli lider Heydər Əliyevin abidəsi ziyarət olunub, önünə gül dəstələri qoyulub, Ulu Öndərin əziz xatirəsi dərin ehtiramla anılıb.

Daha sonra ulu öndər Heydər Əliyevin həyat və fəaliyyətindən bəhs edən videoçarx nümayiş olunub.

Tədbirdə çıxış edən YAP Şamaxı rayon təşkilatının sədri Tural Qasımlı, Şamaxı Rayon İcra Hakimiyyətinin başçısı Tahir Məmmədov, Şamaxı Dövlət Regional Kollecin direktoru İlham Vəliyev, Şamaxı rayon Gənclər və İdman idarəsinin rəisi Şahmar Hüseynov və Şamaxı Dövlət Regional Kollecin şöbə müdiri Kalbalı Musayev  ulu öndər Heydər Əliyevin həyat və fəaliyyəti, onun Azərbaycan tarixindəki rolu barədə məlumat veriblər. Bildirilib ki, müasir Azərbaycan dövlətinin memarı ümummilli lider Heydər Əliyevin müstəqilliyimizin qorunub möhkəmləndirilməsində, demokratik hüquqi dövlət quruculuğunun inkişafında müstəsna rolu və misilsiz xidmətləri qədirbilən xalqımız tərəfindən daim uca tutulur, əziz xatirəsi ehtiramla anılır.

Çıxışlardan sonra Şamaxı Dövlət Regional Kollecinin bir qrup əməkdaşı YAP Şamaxı rayon təşkilatı tərəfindən fəxri fərmanla təltif olunub.

Tədbir bədii hissə ilə davam edib.