YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Enerji təchizatının coğrafiyası genişlənir

Fəsli Nəbiyev

YAP Gənclər Birliyinin sədr müavini

Aprelin 25-də Prezident İlham Əliyevin Bolqarıstana səfəri çərçivəsində Bolqarıstan, Rumıniya, Macarıstan, Slovakiyanın ötürücü sistem operatorları və SOCAR arasında Anlaşma Memorandumunun imzalanması ölkəmizin Avropanın enerji təhlükəsizliyinin təmin edilməsində rolunu daha da artıracaq. İlk öncə qeyd etmək lazımdır ki, Azərbaycan  Gürcüstana, Türkiyəyə, Yunanıstana, Bolqarıstana və İtaliyaya qaz ixrac edir və gələcək perspektivdə bu ölkələrin siyahısının artırılması üçün əməli addımlar atılır.

Azərbaycanın Avropanın enerji təminatındakı önəmli rolunu və qarşıdakı dövrdə enerji sahəsində əməkdaşlığın hansı səviyyədə olacağını təsbit edən sənəd ötən il Azərbaycan və Avropa Komissiyası arasında “Enerji sahəsində Strateji Tərəfdaşlığa dair Anlaşma Memorandumu” imzalanıb. Memoranduma əsasən Azərbaycan Avropa İttifaqı bazarına 2027-ci ilə qədər qaz təchizatını iki dəfə artırmağı hədəfləyir. 2021-ci ildə Avropaya 8 milyard kubmetr qaz ixrac olunurdusa bu il üçün planlaşdırılan ixrac həcmi 24,5 milyard kubmetrdir.

Enerji xəritəsinin genişləndirilməsində ölkələrlə dost və qarşılıqlı əməkdaşlığa əsaslanan əlaqələrin olması vacib əhəmiyyət kəsb edir.  Bu baxımdan, Azərbaycan və Bolqarıstan rəhbərləri arasında qarşılıqlı fəal təmasların olması əlaqələrin yüksək səviyyədə olduğunu göstərir. Azərbaycan Avropa İttifaqının 9 üzv dövləti ilə “Strateji Tərəfdaşlıq haqqında” Bəyannamə, sazişlərə imza atıb. Avropa İttifaqına üzv dövlətlərlə əlaqələrin strateji səviyyədə olması bu əlaqələrin güclü gələcəyinin olmasından xəbər verir.

Azərbaycan Avropanın enerji təhlükəsizliyinin təmin edilməsində etibarlı tərəfdaş adını təkcə qaz təchizatı ilə deyil həm də xam neftin ixracı ilə qazanmışdır. 1994-cü ildə imzalanan “XX əsrin müqaviləsi”nin icrasına başlayandan günümüzə qədər Azərbaycan Avropanın enerji təhlükəsizliyinin təmin edilməsi istiqamətində meqalayihələrin həyata  kerçirilməsi ilə önəmli addımlar atıb. Bərpaolunan enerjinin də təmin olunması üçün Azərbaycan önəmli təşəbbüslərlə çıxış edir. Gələcəkdə ölkəmiz bərpaolunan enerjinin istehsalı və ixracı sahəsində də aparıcı mövqeyə sahib olacaq.