YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Yasamalda elmi-praktik seminar keçirilib

Yeni Azərbaycan Partiyası (YAP) Yasamal rayon təşkilatı “A.Abbaszadə küç.1128 döngə, 504-cü məhəllə” (Azərbaycan Elm və Təhsil Nazirliyi Zoologiya İnstitutu) ünvanı üzrə ərazi partiya təşkilatında “Elmi tədqiqatların aktual problemləri: zoologiyanın nəzəri və praktiki aspektləri” mövzusunda elmi-praktik seminar keçirilib.

Əvvəlcə Fəxri xiyabanda ulu öndər Heydər Əliyevin məzarı ziyarət olunub, məzarı önünə əklil və gül dəstələri qoyulub, əziz xatirəsi dərin ehtiramla yad edilib.

Seminarda əvvəlcə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib, sonra müasir müstəqil Azərbaycan dövlətinin banisi ümummilli lider Heydər Əliyevin və Azərbaycan Respublikasının müstəqilliyi və ərazi bütövlüyü uğrunda canından keçən şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Ulu öndər Heydər Əliyevin həyat və fəaliyyətindən bəhs edən videoçarx nümayiş olunub.

Seminarda çıxış edən AMEA Zoologiya İnstitutunun baş direktoru Ələddin Eyvazov bildirib ki, bugünkü müstəqil Azərbaycanın müəllifi olan ulu öndər Heydər Əliyev ölkəmizin bütün sahələrinin inkişafında göstərdiyi xidmətlərinə görə bənzərsiz dövlət xadimi və siyasətçi kimi tarixə düşmüşdür. Bu dahi siyasətçinin adı xalqımızın iftixar və qürur mənbəyidir. Onun Vətənimiz üçün gördüyü işlər daim yaddaşlardadır. Bu yaddaş isə bir estafet kimi yaşlı nəsildən gənc nəslə ötürülür. Ulu Öndərin xatirəsi hər zaman anılır və əziz tutulur.

YAP Yasamal rayon təşkilatının sədri Bəxtiyar Nəbiyev qeyd edib ki, ölkəmizin milli dövlətçilik ənənələrinin qurulmasında və inkişafında misilsiz xidmətləri olan dahi rəhbər Heydər Əliyevin həyatı və siyasi fəaliyyəti ən yeni tariximizdə müstəsna yer tutur. Hər bir vətəndaşımızın qəlbində əbədiyaşarlıq zirvəsini fəth etmiş ulu öndər Heydər Əliyev əmanət olaraq xalqımıza zəngin maddi və mənəvi dəyərlər, alternativsiz dövlətçilik konsepsiyası, siyasi və iqtisadi cəhətdən etibarlı dayaqlar üzərində olan güclü Azərbaycanı qoydu. Ulu Öndərin müəyyənləşdirdiyi inkişaf strategiyası onun layiqli siyasi varisi Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir.

Bakı Dövlət Universiteti Tarix fakültəsinin Qafqaz xalqları tarixi kafedrasının müdiri, professor İradə Hüseynova bildirib ki, XX əsrin sonlarında yenidən müstəqillik qazanan Azərbaycan Respublikasının mövcudluğu və bu gün dünyanın sürətlə inkişaf edən dövlətlərindən birinə çevrilməsi xalqın haqlı olaraq ümummilli lider hesab etdiyi Heydər Əliyevin tarixi və misilsiz fəaliyyətinin nəticəsidir. Əsl lider məhz sadaladığımız bu xüsusiyyətlərə malik olaraq, bunlardan xalqın və dövlətin maraqları naminə müdrikcəsinə, düşünülmüş şəkildə və siyasi uzaqgörənliklə istifadə edir, öz ölkəsini hərtərəfli inkişaf etdirir, milli dövlətçilik tarixinə yeni-yeni şərəfli səhifələr yazır.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Məşğulluq Agentliyinin İdarə Heyəti sədr müavini Nihad Muxtarlı, Azərbaycan Dövlət Pedaqoji Universitetinin dosenti Amaliya Həsənova, Ümumdünya Təbiəti Mühafizə Fondunun (WWF) Azərbaycan nümayəndəliyinin direktoru Elşad Əsgərov, Bakı Dövlət Universitetinin Zoologiya və fiziologiya kafedrasının müdiri Əbülfəz Tağıyev, Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Bioloji müxtəlifliyin Qorunması Xidmətinin Xüsusi mühafizə olunan ərazilərin inkişafı şöbəsinin aparıcı məsləhətçisi Nigar Yusifova, Gəncə Dövlət Universitetinin Anatomiya, fiziologiya və zoologiya kafedrasının müdiri Vəfa Məmmədova, Quru onurğalıları laboratoriyasının aparıcı elmi işçisi Hafiz Muxtarov, Paleozoologiya laboratoriyasının müdiri Könül Tapdıqova  mövzu ətrafında məruzə ilə çıxış ediblər.

Seminarın sonunda seminar iştirakçılarına sertifikat təqdim edilib.

DİGƏR Xəbərlər Arxiv