YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Qusarda Zərifə xanım Əliyevanın xatirəsi anılıb

Yeni Azərbaycan Partiyası (YAP) Qusar rayon təşkilatı, Qusar Rayon İcra Hakimiyyəti, Mərkəzi Rayon Xəstəxanasının təşkilatçılığı ilə görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın anadan olmasının 100 illiyinə həsr olunmuş tədbir keçirilib.

Tədbirdə ulu öndər Heydər Əliyevin, akademik Zərifə xanım Əliyevanın, Azərbaycanın ərazi bütövlüyü uğrunda canlarını fəda etmiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

YAP Qusar rayon təşkilatının sədri David İbramxəlilov Zərifə Əliyevanın mənalı və zəngin həyat yolunu tariximizin ən parlaq səhifələrindən biri kimi dəyərləndirib. Bildirib ki, Zərifə Əliyeva tanınmış ictimai xadim olmaqla yanaşı, gözəl həyat yoldaşı, qayğıkeş ana olub. Zərifə xanım Əliyeva intellektual keyfiyyətləri özündə birləşdirən ziyalı, dünya tibb elminə əvəzolunmaz töhfələr vermiş böyük oftalmoloq alimdir. 

Tədbirdə məruzə ilə çıxış edən Qusar Rayon İcra Hakimiyyətinin başçısının müavini Zoya Eldarova, Mərkəzi Rayon Xəstəxanasının baş həkimi Kamran Paşayev, YAP Qusar rayon təşkilatının sədr müavini Neva Abdurahmanov, Rayon Mərkəzi Xəstəxanasının poliklinika şöbəsinin müdiri Aybəniz Əfəndiyeva, həkim-oftalmoloq Gülər Musayeva, rayon Gigiyena və Epidemiologiya Mərkəzinin direktoru Nadirşah Şirinov akademik Zərifə Əliyevanın Azərbaycan elminə verdiyi töhfələrdən bəhs edib, böyük alimin xalqımız qarşısında xidmətlərini yüksək qiymətləndiriblər.