YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Zərifə Əliyevanın zəngin həyat yolu hər bir azərbaycanlıya örnəkdir

Yeni Azərbaycan Partiyası (YAP) Şuşa rayon təşkilatının, Şuşa Rayon İcra Hakimiyyətinin və 24 nömrəli ərazi partiya təşkilatının birgə təşkilatçılığı ilə Şuşa Rayon Mərkəzi Xəstəxanasında akademik Zərifə xanım Əliyevanın anadan olmasının 100 illiyinə həsr olunmuş tədbir keçirilib.

Ulu öndər Heydər Əliyevin, akademik Zərifə xanım Əliyevanın və torpaqlarımızın işğaldan azad edilməsi uğrunda canlarını qurban vermiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Tədbirdə çıxış edən YAP Şuşa rayon təşkilatının sədri Təvəkkül Əliyev, Şuşa Rayon İcra Hakimiyyəti başçısının müavini Vüsalə Fətəliyeva və 24 nömrəli ərazi partiya təşkilatının sədri Kəmalə Səfərova akademik Zərifə xanım Əliyevanın tibb elminin və səhiyyənin inkişafındakı xidmətlərindən ətraflı bəhs ediblər.

Sonda Zərifə xanım Əliyevanın şərəfli həyat yolundan, elmi nailiyyətlərindən, ictimai xadim kimi əvəzsiz fəaliyyətlərindən bəhs edən videoçarx nümayiş olunub.