YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Ən mühüm faktor

“Azərbaycan Avropanın enerji təhlükəsizliyində müstəsna rola malikdir. Bu baxımdan da Avropa Azərbaycanla münasibətlərə və əməkdaşlığa xüsusi önəm verir. Prezident İlham Əliyevin Bolqarıstana səfəri mühüm önəm kəsb edir. Prezident İlham Əliyevin  bu səfəri çərçivəsində “Bulgartransgaz” (Bolqarıstan), “Transgaz” (Rumıniya), FGSZ (Macarıstan), “Eustream” (Slovakiya) və Azərbaycan Respublikasının Dövlət Neft Şirkəti (SOCAR) arasında əməkdaşlığın təşviqi ilə bağlı Anlaşma Memorandumu”u imzalanıb. Əldə edilən bu sənədlər enerji resurslarının şaxələndirilməsi, enerji təhlükəsizliyinin gücləndirilməsi istiqamətində mühüm addımdır”. Bu fikirləri Yeni Azərbaycan Partiyası (YAP) Abşeron rayon təşkilatının sədri Abbas Əliyev deyib.

Abbas Əliyev qeyd edib ki, keçen il ölkələrimiz arasında əlaqələrin yaradılmasının otuzuncu ildönümü qeyd edildi: “Əlbətdə ki, bu müddət ərzində ölkələr arasında qarşılıqlı hörmət və etimad üzərində qurulmuş əlaqələr siyasi, iqtisadi, enerji, mədəni və digər sahələrdə dinamik şəkildə inkişaf edib. Elə bunun nəticəsidir ki, ölkələrimiz arasında səmərəli əməkdaşlıq uğurla davam etdirilir. Azərbaycan-Bolqarıstan münasibətləri Prezident İlham Əliyevin 2015-ci ildə Sofiyaya rəsmi səfəri zamanı Strateji tərəfdaşlıq haqqında Birgə Bəyannamənin imzalanması ilə keyfiyyətcə daha yüksək mərhələyə qalxıb. Bu sənəd tərəflər arasında qarşılıqlı maraq doğuran sahələrdə həm ikitərəfli formatda, həm də beynəlxalq miqyasda əməkdaşlığı dərinləşdirmək və genişləndirmək üçün əldə edilmiş mühüm razılaşmadır. Bu ilin aprel ayının 25-də imzlanan Anlaşma Memorandumu “Həmrəylik Halqası” təşəbbüsünün reallaşması üçün böyük əhəmiyyət daşıyır. Cənab Prezidentin  vurğuladığı kimi  “Həmrəylik Halqası” birgə geniş planlarımızın icrasında mühüm rol oynayacaq”.

Abbas Əliyev bildirib ki, dövlətimiz enerji sahəsində həyata keçirdiyi siyasət bir çox ölkələr və təşkilatlar üçün açıq nümunədir. Dövlətimizin enerji diplomatiyasından bir çox ölkələr faydalanmağa çalışır. Azərbaycan bu sahədə meqalayihələrin uğurla icra olunduğu dövlət kimi ölkə kimi tanınır. Ölkəmizin Neft meqalayihələri, qaz və yaşıl enerji layihələri uğurla icra olunur. Bunlar isə Avrasiyanın enerji xəritəsinin yenidən cızılmasında Dövlətimiz ən mühüm faktor olduğunu açıq şəkildə göstərir.