YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Akademik Zərifə Əliyevanın 100 illiyinə həsr olunmuş tədbir keçirilib

Pirallahı rayonundakı Gənclər Mərkəzində akademik Zərifə xanım Əliyevanın 100 illik yubileyinə həsr olunmuş “Böyük alim, sədaqətli həyat yoldaşı, qayğıkeş ana” mövzusunda tədbir keçirilib.

Əvvəlcə Pirallahı Rayon İcra Hakimiyyətinin inzibati müasir müstəqil Azərbaycan dövlətinin banisi, xalqımızın Ümummilli Lideri Heydər Əliyevin büstünün önünə gül dəstələri düzülüb.

Tədbirdə ulu öndər Heydər Əliyevin, akademik Zərifə xanım Əliyevanın və torpaqlarımızın işğaldan azad edilməsi uğrunda canlarını qurban vermiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Sonra ümummilli lider Heydər Əliyevin və oftalmoloq-alim Zərifə xanım Əliyevanın həyat və fəaliyyətini əks etdirən videoçarx nümayiş olunub.

Tədbirdə çıxış edən Yeni Azərbaycan Partiyası (YAP) Pirallahı rayon təşkilatının sədri Emil Abasov, Pirallahı Rayon İcra Hakimiyyətinin başçısı Vasif İmanov, YAP İdarə Heyətinin üzvü, Milli Məclisin deputatı Ramin Məmmədov, Milli Məclisin deputatı Rauf Əliyev akademik Zərifə xanım Əliyevanın elmi-pedaqoji fəaliyyətindən, çoxşaxəli elmi-tədqiqat işlərindən, yüksəkixtisaslı gənc alim kadrları yetişdirməsindən, xalqının tərəqqisi və maariflənməsinə əvəzsiz töhfələr verməsindən bəhs edib. Bildiriib ki, gözəl ana, vəfalı ömür-gün yoldaşı, intellektual keyfiyyətləri özündə birləşdirən ziyalı, dünya tibb elminə əvəzolunmaz töhfələr vermiş böyük oftalmoloq alim - Zərifə xanım Əliyevanın həyatı, elmi və yaradıcılıq fəaliyyəti ilə yaxından tanış olduqca, haqqında xatirələri oxuduqca yaddaşımızda Ulu Tanrının bu ən yüksək mənəvi xüsusiyyətlərini bəxş etdiyi böyük insanın obrazı canlanır, gözlərimiz önündə onun portreti yaranır. Azərbaycan oftalmologiyasını dünya səviyyəsində tanıdan akademik Zərifə xanım Əliyeva təbabətdə öz dəst-xətti olan novator bir alim idi. O, elmi-pedaqoji fəaliyyətində təkcə çoxşaxəli elmi-tədqiqat işləri aparmaqla kifayətlənməmiş, yüksək ixtisaslı gənc alim kadrların yetişdirilməsinə və oftalmoloq-həkimlərin ixtisaslarının artırılması işinə də xüsusi diqqət yetirmişdir.