YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Kamillik və müdriklik məktəbi

Görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın anadan olmasının 100 illik yubileyi ilə əlaqədar Balaxanı Əməliyyat Şirkətində tədbir keçirilib.

Tədbirdə YAP Sabunçu rayon təşkilatının sədri Araz Xudadanov, Millət vəkili Əliabbas Salahzadə, Balaxanı Əməliyyat Şirkətinin Vitse-prezidentləri Əli Həsənli və Əhməd Kələşov, Ərazi Partiya Təşkilatının sədri Kərim Aşurov, qocaman neftçi Telman Cəfərov və digər nümayəndələr iştirak ediblər. 

Dövlət Himni ilə başlayan tədbirdə Ulu Öndər Heydər Əliyevin, Zərifə xanım Əliyevanın və ölkəmizin ərazi bütövlüyü uğrunda canlarından keçən şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Daha sonra akademik Zərifə Əliyevanın zəngin həyat və yaradıcılığından bəhs edən videoçarx nümayiş olunub.

Tədbiri giriş sözü ilə açan YAP Sabunçu Rayon Təşkilatının sədri Araz Xudadanov Zərifə Əliyevanın özünün bütün həyatını Azərbaycanda oftolmalogiyanın, tibbin inkişafına həsr etməsindən və bu sahədə kifayət qədər ixtiralara imza atmından bəhs etmişdir. Görkəmli oftalmoloq-alim, akademik Zərifə Əliyevanın alim kimi qazandığı böyük uğurların Azərbaycan tibb elminin tarixində ayrıca bir mərhələ təşkil etdiyini, onun keçdiyi şərəfli ömür yolunun hər bir Azərbaycan vətəndaşı, hər bir alim və həkim üçün həyat və mənəviyyat dərsi, kamillik və müdriklik məktəbi olduğunu qeyd etmişdir.

Çıxış edən Millət Məclisin deputatı Əliabbas Salahzadə, Balaxanı Əməliyyat Şirkətinin Vitse-prezidentləri Əli Həsənli və Əhməd Kələşov, Ərazi Partiya Təşkilatının sədri Kərim Aşurov, qocaman neftçi Telman Cəfərov və digərləri akademik Zərifə xanım Əliyevanın Azərbaycan oftalmologiya elmini dünya təbabətində beynəlxalq oftalmologiya elmi mühiti səviyyəsinə qaldırması, elmi-pedaqoji fəaliyyəti, çox şaxəli elmi-tədqiqat işləri, yüksək ixtisaslı gənc alim kadrları yetişdirməsi, xalqının tərəqqisi və maariflənməsinə əvəzsiz töhfələr verməsi və zəngin mənəviyyata sahib olmasından söz açdılar, xalqımızın qəlbində əbədi yaşayacağı, daim dərin ehtiram və rəğbətlə anılacağını qeyd ediblər.

Daha sonra tədbir iştirakçıları Ulu Öndər Heydər Əliyevin 100 illik yubileyi münasibəti ilə şirkət tərəfindən Sabunçu qəsəbəsində salınacaq parkın tikinti işləri ilə tanış oldular.