YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Nəsimi rayonunda görkəmli oftalmoloq-alim Zərifə xanım Əliyevanın əziz xatirəsi anılıb

Nizami Kino Mərkəzində Yeni Azərbaycan Partiyası (YAP) Nəsimi rayon təşkilatı və Nəsimi Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın anadan olmasının 100 illiyi münasibətilə “Zərifə Əliyeva ömrünün işığı” adlı tədbir keçirilib.

Tədbirdə YAP Nəsimi rayon təşkilatının, Nəsimi Rayon İcra Hakimiyyətinin, səhiyyə, təhsil müəssisələrinin, rayonun idarə və təşkilatlarının rəhbərləri, şəhid ailələri, müharibə əlilləri, QHT rəhbərləri, rayon ictimaiyyətinin nümayəndələri və gənclər iştirak ediblər.

Əvvəlcə Zərifə xanım Əliyevanın şərəfli həyat yolundan bəhs edən film nümayiş olunub.

Tədbiri giriş sözü ilə açan Nəsimi Rayon İcra Hakimiyyətinin başçısı Asif Əsgərov bildirib ki, çoxşaxəli, gərgin fəaliyyətinə baxmayaraq, Zərifə xanım Əliyeva həmişə qadın incəliyini və zərifliyini qoruyub saxlaya bilib, özünün parlaq şəxsiyyətində əsl Azərbaycan xanımının keyfiyyətlərini yaşadırdı. Bütün bunlarla yanaşı, Zərifə xanım Əliyeva qayğıkeş ana, vəfalı ömür-gün yoldaşı, yüksək mənəviyyat sahibi olmuşdur.

Azərbaycanın ümummilli lideri Heydər Əliyev həyatda qazandığı böyük uğurlarda Zərifə xanımın diqqət və qayğısının mühüm əhəmiyyətini yüksək qiymətləndirirdi. Bu iki parlaq şəxsiyyətin ailə həyatı bütün cəmiyyət üçün nümunə idi.

Ümummillli lider Heydər Əliyevin ömür gün yoldaşı olan Zərifə xanım görkəmli alim olmaqla yanaşı, həm də fəal ictimai xadim, qayğıkeş ana olmuşdur. Zərifə xanımın fəxri adları, elmi titulları, mükafatları çoxdur. Bu adların hər biri qürur, iftixar mənbəyidir. Ancaq bu adlar sırasında ən şərəflisi Ana adıdır.

Ulu Öndərin əsasını qoyduğu quruculuq işləri və Zərifə xanımın çoxşaxəli humanitar missiyası bu gün Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban xanım Əliyeva tərəfindən uğurla davam etdirilir.

1 nömrəli Bakı Tibb Kollecinin direktoru, tibb üzrə fəlsəfə doktoru Nailə Əliyeva vurğulayıb ki, Zərifə xanım Əliyeva təkcə çoxşaxəli elmi tədqiqat işləri aparmaqla kifayətlənməyib, yüksək ixtisaslı gənc alim kadrların yetişdirilməsinə və oftalmoloq-həkimlərin ixtisaslarının artırılması işinə də xüsusi diqqət yetirib.

Akademik Zərifə xanım Əliyevanın zəngin irsi, tibbin müxtəlif sahələri üzrə apardığı tədqiqatlar, yaratdığı fundamental əsərlər Azərbaycan tibb elminin parlaq səhifələrindəndir. Bütün bu uğurların kökündə isə akademik Zərifə Əliyevanın aldığı həyat dərsi dayanırdı.

Sonra YAP Nəsimi rayon təşkilatının sədri Azər Süleymanov Zərifə Əliyevanın həyat və fəaliyyətindən danışaraq qeyd edib ki, görmə orqanının peşə patologiyası sahəsində apardığı elmi tədqiqat işlərinin uğurlu nəticələrinə görə akademik Zərifə Əliyeva keçmiş SSRİ-nin oftalmologiya sahəsində ən mötəbər mükafat olan SSRİ Tibb Elmləri Akademiyasının M.İ.Averbax adına mükafatına layiq görülüb. Keçmiş SSRİ-də bu mükafatı alan ilk qadın alim kimi onun adı oftalmologiya elminin tarixinə düşüb.

Hər il olduğu kimi bu il də Zərifə xanım Əliyevanın anadan olmasının ildönümü ilə əlaqədar 50 nəfərə yaxın gözdən əlil, fiziki qüsurlu məktəbliyə optik göz eynəkləri təqdim olunub.

Tədbir bədii hissə ilə davam edib.