YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Əsas vəzifə

Rövşən Əhmədov

YAP Ağcabədi rayon təşkilatının sədri

Müstəqil Azərbaycanda ordu quruculuğu prosesi Prezident İlham Əliyevin hakimiyyəti dövründə tamamilə yeni mərhələyə qədəm qoymuşdur. Ulu Öndərin ordu quruculuğu siyasətini uğurla davam və inkişaf etdirən Prezident, Ali Baş Komandan İlham Əliyevin diqqət və qayğısı sayəsində hərbçilərin peşəkarlığının artırılması, şəxsi heyətin döyüş ruhunun və mənəvi-psixoloji hazırlığının yüksəldilməsi, Silahlı Qüvvələrimizin ən müasir silah və texnika ilə təchizatı daim ön planda saxlanıldı. Məhz Prezident İlham Əliyevin bu ali diqqət və qayğısı sayəsində Azərbaycan Silahlı Qüvvələri qısa müddətdə regionun ən qüdrətli ordusuna çevrildi.

Hazırda Azərbaycan Respublikası daha güclü hərbi potensiala malik olmaq üçün hərbi infrastrukturun beynəlxalq standartlara uyğun inkişaf etdirilməsini zəruri şərt kimi ortaya qoyur, dünyanın aparıcı dövlətləri və beynəlxalq hərbi təşkilatları ilə ikitərəfli, üçtərəfli və çoxtərəfli hərbi əməkdaşlığı diqqətdə saxlayır.  

Aprelin 18-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Salyan şəhərində Azərbaycan Televiziyasına müsahibəsində Cənubi Qafqaz kimi mürəkkəb geosiyasi regionda və müxtəlif dövlətlərin maraqlarının kəsişmə məkanında yerləşən Azərbaycanda ordu quruculuğuna böyük diqqət göstərildiyini, ordumuzun dünya miqyasında nümunəvi və ən güclü ordulardan birinə çevriləsinin əsas vəzifəmiz olduğunu qeyd etdi. Prezident İlham Əliyev müsahibəsində bildirdi ki, cari ildə büdcəyə əlavələrin xərclənməsində ikinci yerdə hərbi xərclərimiz olacaq. Çünki buna  böyük ehtiyac var. Dünyada gedən prosesləri hər kəs izləyir. Dünyada təhdidlər artır, təhlükələr artır. Düzdür, biz İkinci Qarabağ müharibəsində düşmənin başını əzərək möhtəşəm Qələbə əldə etmişik. Ancaq Ermənistanda revanşist qüvvələr yenə baş qaldırır, biz istənilən vəziyyətə hazır olmalıyıq və elə bir ordu yaratmalıyıq ki, dünya miqyasında nümunəvi olsun və ən güclü ordulardan biri olsun. Bu gün də Azərbaycan Ordusu güclüdür. Biz gücümüzü döyüş meydanında göstərmişik. Biz döyüş meydanında həm Azərbaycan xalqının gücünü, iradəsini, əyilməz ruhunu göstərdik, eyni zamanda, hərbçilərimizin peşəkarlığını göstərdik, öz hərbi potensialımızı göstərdik.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tam əminliklə bildirdi ki, bugünkü Azərbaycan Ordusu 2020-ci ildə Zəfər çalmış eyni Azərbaycan Ordusundan qat-qat güclüdür. Ancaq, eyni zamanda, yenə də demək istəyirəm, biz hər bir vəziyyətə hər an hazır olmalıyıq. Ona görə bu sahədə - ordu quruculuğu və müdafiə potensialımızla bağlı olan bütün məsələlər əsas vəzifədir.

Vətən müharibəsində Azərbaycan Ordusu döyüş meydanında nümayiş etdirdiyi böyük rəşadət və şücaət Silahlı Qüvvələrimizin kompleks inkişafı və modernləşdirilməsi ilə bağlı həyata keçirilən hərbi strategiya və taktikanın səmərəliliyinin göstəricisi idi.

Azərbaycan müharibədən sonar da ordu quruculuğu, qoşunların döyüş hazırlığının daha da artırılması prosesini davam etdirir. Hərbi quruculuq, ordunun yüksək standartlara cavab verən texnika və silah-sursatla təchizatı üçün bu sahəyə ayrılan maliyyə vəsaitləri artırılır.

Azərbaycanda hərbi sahəyə göstərilən diqqət sayəsində ordumuzun artan qüdrəti əbədi müstəqilliyimizə və regional təhlükəsizliyə təminat verəcəkdir.