YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Sən elə bir zirvəsən…

Yeni Azərbaycan Partiyası (YAP) İmişli rayon təşkilatı “Nəriman Nərimanov” ərazi partiya təşkilatında “Heydər Əliyev İli” çərçivəsində “Sən elə bir zirvəsən” adlı tədbir keçirilib.

Əvvəlcə ümummilli lider Heydər Əliyevin və şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Tədbiri giriş sözü ilə açan İmişli şəhər 1 saylı məktəb-liseyin direktoru Yusif Hüseynov dövlət quruculuğuna böyük töhfələr vermiş ulu öndər Heydər Əliyevin həyat və fəaliyyətindən, Azərbaycan dövlətçiliyinin bərpasında, qorunub saxlanılmasında göstərdiyi misilsiz xidmətlərindən bəhs edib.

Çıxış edən YAP İmişli rayon təşkilatının sədri Səfa Ağayev bildirib ki, dahi rəhbərin zəngin dövlətçilik təcrübəsi, qətiyyətli əzmi sayəsində bu gün Azərbaycan beynəlxalq miqyasda inkişaf etmiş dövlətlər səviyyəsinə yüksəlib. Ulu Öndər Azərbaycanın tərəqqi və inkişaf yolunu müdrik uzaqgörənliklə müəyyənləşdirib, milli-mənəvi dəyərlərimizin, müstəqil dövlətçiliyimizin konseptual əsaslarını işləyib hazırlayıb, sosial-iqtisadi inkişafa nail olunması üçün tarixi işlər görüb. Natiq qeyd edib ki, Ümummilli Liderin siyasi kursu onun layiqli davamçısı, Azərbaycan Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyev tərəfindən uğurla davam etdirilir.

Digər çıxış edənlər vurğulayıblar ki, bu gün Azərbaycan Respublikasının Prezidenti, Müzəfffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə tarixinin ən qüdrətli dövrünü yaşayan ölkəmizin qazandığı misilsiz nailiyyətlər ulu öndər Heydər Əliyevin onilliklər ərzində gələcək inkişaf üçün formalaşdırdığı möhkəm təməllərdən güc alır.

Tədbirin sonunda məktəbin müəllim və şagirdlərinin ifasında ümummilli lider Heydər Əliyevə həsr olunan şeir və musiqilər səsləndirilib.

DİGƏR Xəbərlər Arxiv