Xəbərlər
Sərgi ilə tanışlıq

“Heydər Əliyev İli” çərçivəsində “Heydər Əliyev və Azərbaycanın yeni neft strategiyası” mövzusunda təşkil olunan tədbirlərin davamı olaraq aprelin 17-də Bakı Fransız Liseyinin (BFL) şagirdləri üçün tədbir təşkil olunub.
Məktəblilər Ulu Öndərin 100 illik yubileyinə həsr olunan sərgi və Azərbaycanın nefti sərgisi ilə tanış olublar. Daha sonra UFAZ-ın icraçı direktoru dosent Vazeh Əskərov Ulu Öndərin yeni neft strategiyası haqqında mühazirə ilə, şagirdlər isə təqdimatla çıxış ediblər.