YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Azərbaycan Prezidenti və birinci xanım İrəvanda Avropa çempionatında uğur qazanan türkiyəli idmançıları təbrik ediblər

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Türkiyə idmançıları – İrəvanda keçirilən ağır atletika üzrə Avropa çempionatında qızıl medal qazanan Cansu Bektaşa və gümüş medal sahibi Qamze Altuna təbrik məktubu göndəriblər.

Dövlətimizin başçısı və birinci xanım qardaş ölkənin idmançılarını Avropa çempionatında qızıl və gümüş medallar qazanmaları münasibətilə səmimi-qəlbdən təbrik ediblər.

“Sizin yüksək ustalıq, əzmkarlıq və iradə nümayiş etdirərək dünya miqyasında Türkiyə bayrağını dalğalandırdırmağınız, İstiqlal Marşını səsləndirməyiniz bütün Azərbaycan xalqını sevindirdi.

Qələbələrinizi Azərbaycana həsr etdiyinizə görə Sizə xüsusi təşəkkür edirik. Bu, bir daha onu sübut etdi ki, Azərbaycan olmayan yerdə Türkiyə daim bizi təmsil edir və haqq işimizi dəstəkləyir. Bu, sarsılmaz Azərbaycan-Türkiyə qardaşlığının növbəti təzahürüdür. Biz Sizinlə fəxr edir, bundan sonra da yeni-yeni qələbələr diləyirik”, - deyə təbrik məktubunda bildirilib.