YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Əməkdaşlığımızın inkişafında mühüm mərhələ

Nihad Pənahov

YAP Tovuz rayon təşkilatının sədri 

Dövlət başçısı İlham Əliyevin bu günlərdə Qazaxıstana rəsmi səfəri geniş müzakirə olunmaqdadır. Hər bir səfər münasibətlərdə yeni səhifənin açılmasından xəbər verir. “Azərbaycan Qazaxıstan üçün qardaş dövlətdir, çox yaxın dövlətdir. Biz öz tərəfimizdən ticari-iqtisadi, investisiya sahələrində və əlbəttə, siyasi arenada istər ikitərəfli formatda, istərsə də beynəlxalq təşkilatlarda qarşılıqlı fəaliyyət üçün hərtərəfli əməkdaşlığı inkişaf etdirməkdən ötrü nə mümkündürsə edirik” söyləyən   Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev onu da əlavə etdi ki, əlbəttə, biz Cənubi Qafqaz regionunda lider rolu oynayan Azərbaycan ilə iqtisadi sahədə qarşılıqlı əlaqələrin, əməkdaşlığın inkişaf etdirilməsinə dair çox ciddi iş aparmaq əzmindəyik. Yalnız məhz bu istiqamətdə irəli getmək arzusu var.   

Səfər çərçivəsində iki ölkənin dostluq münasibətlərinə malik olmasını nümayiş etdirən məqamlardan biri də Qazaxıstanda Ulu Öndərin adını daşıyan küçənin açılışı oldu. Qeyd edək ki, Qazaxıstan Respublikası Hökuməti yanında Onomastik Komissiyanın bu il yanvarın 17-də keçirilən iclasında Astana şəhərinin Yesil rayonunda yerləşən küçələrdən birinə Ümummilli Lider Heydər Əliyevin adının verilməsi barədə yekun qərar qəbul olunub. Sözügedən küçə Astana şəhərinin yeni salınmış, müasir bina, ticarət mərkəzi, konqres mərkəzi, mehmanxanaların və digər ictimai-iaşə obyektlərinin yerləşdiyi ərazidədir.

Bu hadisənin xüsusi rəmzi mənası var. Qazaxıstan Prezidenti bu məqamı qeyd etdi ki, Heydər Əliyev kimi dünya miqyaslı şəxsiyyətlərin xatirəsini əbədiləşdirmək və qorumaq bizim borcumuzdur. Astanada onun adını daşıyan yeni küçəni açmaqla bu nəcib işə mühüm töhfə veririk. Bu, Azərbaycan xalqının böyük oğluna bizim səmimi münasibətimizin və ehtiramımızın əlamətidir.

Qazaxıstan ilə Azərbaycan arasında ikitərəfli münasibətlərin qurulmasına və möhkəmlənməsinə ulu öndər Heydər Əliyev çox qiymətli töhfələr verib. Ümummilli Lider qeyd etmişdir ki, xalqlarımızın dərin tarixə gedib çıxan kökləri qazax və Azərbaycan xalqları arasında qarşılıqlı münasibətlərin əsasıdır. Həm qazaxlar, həm də azərbaycanlılar üçün tarix mürəkkəb olub. Lakin bütün çətinliklərə baxmayaraq, xalqlarımız həmişə bir-birini dəstəkləyib və eyni köklərə mənsub olduqlarını unutmayıblar. Hazırda bu münasibətlər strateji tərəfdaşlıq və müttəfiqlik ruhunda inkişaf edir.

Səfər çərçivəsində keçirilən görüşlərdə bu reallığa da diqqət yönəldildi ki, Ulu Öndər Heydər Əliyev dinamik inkişaf edən müasir Azərbaycanın memarıdır. Son dərəcə mürəkkəb dövrdə ölkəyə rəhbərlik edən Ümummilli Lider çoxəsrlik Azərbaycan dövlətçiliyinin möhkəmlənməsində müstəsna rol oynayıb. Ulu Öndər müdrik rəhbərliyi ilə Azərbaycanda dərin siyasi və sosial-iqtisadi islahatlar həyata keçirilib. Bu mürəkkəb, enişli-yoxuşlu yolu qət edən ölkə irəliyə doğru böyük sıçrayış edib, dünya birliyinin nüfuzlu üzvünə çevrilib. Dahi şəxsiyyət Heydər Əliyevin adı Azərbaycanın əsl rəmzi olub. Onun həyat yolu xalqa fədakarcasına xidmətin parlaq nümunəsidir. Müasirləri Ulu Öndər Heydər Əliyevi yüksək insani keyfiyyətlərinə, prinsipiallığına, dürüstlüyünə, ədalətliliyinə görə qiymətləndirirdilər. Prezident İlham Əliyev Ulu Öndərin quruculuq işlərini uğurla davam etdirir. Cənab İlham Əliyevin nüfuzlu, güclü liderliyi sayəsində Azərbaycan tərəqqi və inkişaf yolunda inamla irəliləyir. Dövlətlərimiz arasında hərtərəfli əməkdaşlığın möhkəmlənməsinə dövlət başçımızın şəxsi töhfələri yüksək qiymətləndirilir. Sözügedən səfər əməkdaşlığımızın inkişafında mühüm mərhələ olacaq. Qazaxıstan ilə Azərbaycan arasında müttəfiqlik, tərəfdaşlıq münasibətlərinin parlaq və ümidverici gələcəyi var. Hazırkı dövrün aktual məsələləri ətrafında aparılan müzakirələr, imzalanan sənədlər münasibətlərin gələcəyinə daha böyük inamla baxmağa əsas verir.