YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Qarşılıqlı faydalı əməkdaşlıq

Eldar Əsədov

YAP Tərtər rayon təşkilatının sədri

Son illərdə Qazaxıstan ilə Azərbaycan respublikaları arasında münasibətlər daha açıq və hərtərəfli xarakter kəsb edib. Siyasi, ticari-iqtisadi, mədəni-humanitar əməkdaşlıq fəallaşıb.  Dövlətlərarası strateji tərəfdaşlığın dərinləşdirilməsi və müttəfiqlik münasibətlərinin genişləndirilməsinə dair Bəyannamə, 2022-2026-cı illər üçün əməkdaşlığın inkişafına dair kompleks proqram və bir sıra başqa sənədlər imzalanıb. Hazırda bütün bu razılaşmalar ardıcıl olaraq həyata keçirilir. İkitərəfli münasibətlərin kompleks şəkildə möhkəmlənməsinə xidmət edən Ali Dövlətlərarası Şuranın təsis edilmişdir.

Qazaxıstan və Azərbaycan arasında ticari-iqtisadi sahədə qarşılıqlı faydalı  əməkdaşlıq var.  Fərəhlə deyə bilərik ki, ötən ilin yekunlarına əsasən, ölkələrimiz arasında əmtəə dövriyyəsinin həcmi yarım milyard dollara yaxınlaşıb.

2022-2027-ci illərdə Orta Dəhlizin inkişafına dair yol xəritəsinin səmərəli reallaşdırılması da böyük əhəmiyyət kəsb edir ki, bu marşruta artan maraqdan tam yararlanmaq və onun infrastrukturunun inkişafına  digər ölkələri də  cəlb etmək lazımdır. Bu işlər Şərq-Qərb istiqamətində yüklərin çatdırılmasının sabitliyini və operativliyini təmin etməyə imkan verəcək.

Ölkələrimiz arasında  energetika sahəsində əməkdaşlığın genişləndirilməsinə xüsusi diqqət yetirilir. Enerji resurslarının dünya bazarlarına çatdırılmasının daha da şaxələndirilməsi bu gün hər iki ölkənin  prioritet vəzifəsidir.  Razılaşmalar sayəsində bu il Qazaxıstan neftinin ilk partiyası Azərbaycandan keçməklə  xaricə göndərilib.

Qeyd etmək lazımdır ki, Azərbaycan və Qazağıstan beynəlxalq təşkilatlar çərçivəsində fəal qarşılıqlı əlaqə saxlayaraq bütün məsələlərdə bir-birini  həmişə dəstəkləmişdir. Xalqlarımız arasında  qarşılıqlı münasibətlər olduqca yüksək səviyyədədir. Hər iki ölkənin dövlət başçılarının  qarşılıqlı səfərləri ölkələr arasında keçirilən belə görüşlər, yaxınlaşmalar hər birimiz üçün faydalıdır.