YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Ulu Öndər Heydər Əliyev Azərbaycan Ordusunun qurucusudur

Yeni Azərbaycan Partiyası (YAP) Yevlax rayon təşkilatının, Yevlax Şəhər İcra Hakimiyyətinin və Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rayon şöbəsinin birgə təşkilatçılığı ilə ümummilli lider Heydər Əliyevin anadan olmasının 100 illiyi münasibətilə “Heydər Əliyev Azərbaycan Ordusunun qurucusudur” mövzusunda tədbir keçirilib.

Əvvəlcə müasir müstəqil Azərbaycanın qurucusu ulu öndər Heydər Əliyevin və torpaqlarımızın bütövlüyü uğrunda canlarını fəda etmiş qəhrəman şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub.

Tədbiri giriş sözü ilə açan YAP Yevlax rayon təşkilatının sədri Rafiq Əliyev qeyd edib ki, ulu öndər Heydər Əliyev zəngin və çoxşaxəli siyasi fəaliyyəti ilə xalqımızın yaddaşında əbədilik qazanmışdır. Dahi Heydər Əliyev müdrik siyasəti ilə Azərbaycanı uçurumun kənarından, yox olmaq təhlükəsindən xilas edərək böyük inkişaf yoluna çıxardı. Azərbaycanın sosial-iqtisadi, ictimai-siyasi, humanitar və digər sahələr üzrə inkişafın pik həddində qərarlaşması məhz ümummilli lider Heydər Əliyevin adı ilə bağlıdır. Vurğulanıb ki, ulu öndər Heydər Əliyev siyasətinin ən layiqli davamçısı Prezident, Ali Baş Komandan İlham Əliyevin vahid komandanlıq altında formalaşdırdığı qüdrətli Azərbaycan Ordusunun 44 günlük Vətən müharibəsində əldə etdiyi möhtəşəm Qələbə Ümummilli Liderin ordu quruculuğu sahəsindəki mükəmməl siyasətinin məntiqi nəticəsidir.

Tədbirdə çıxış edən Yevlax Şəhər İcra Hakimiyyətinin başçısı Anar Tağıyev ümummilli lider Heydər Əliyevin çoxşaxəli, şərəfli, mənalı ömür yolundan, zəngin dövlətçilik təcrübəsindən, millətimiz və dövlətimiz qarşısındakı misilsiz xidmətlərindən, o cümlədən Azərbaycan Silahlı Qüvvələrinin qurulması və formalaşdırılması istiqamətində gördüyü nəhəng işlərdən söz açıb. Ulu Öndərin müəyyən etdiyi, Azərbaycanın parlaq gələcəyinə hesablanmış siyasi kursu uğurla davam etdirən Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə bütün sahələrdə, o cümlədən ordu quruculuğunda əldə olunmuş böyük nailiyyətlər xüsusi qeyd olunub. Bildirilib ki, Prezident İlham Əliyevin rəhbərliyi altında onlarla hərbi təyinatlı müəssisələr yaradılıb, orada istehsal olunan yüzlərlə hərbi təyinatlı müxtəlif məhsulların hesabına Ordumuzun potensialı artırılıb, eyni zamanda hərbi məhsullarımız digər ölkələrə ixrac olunub, bununla bərabər, xarici ölkələrdən ən müasir hərbi texnika və silahlar alınmaqla Silahlı Qüvvələrimizin maddi-texniki bazası daha da gücləndirilib.

Tədbirdə çıxış edən Vətən müharibəsi iştirakçıları vurğulayıblar ki, bu gün ulu öndər Heydər Əliyevin qurduğu müstəqil Azərbaycanın yenilməz Ordusu Ali Baş Komandanın rəhbərliyi altında 44 günlük Vətən müharibəsi zamanı şanlı Zəfər çalaraq torpaqlarımızı işğaldan azad edib.

Görüş çərçivəsində Vətən müharibəsi iştirakçılarına medallar təqdim olunub.

DİGƏR Xəbərlər Arxiv