Xəbərlər
Yeni inkişaf mərhələsi

Abbas Əliyev
Yeni Azərbaycan Partiyası Abşeron rayon təşkilatının sədri
Prezident İlham Əliyev 2018-ci il tarixində andiçmə mərasimində söyləmişdir ki, biz gələcəyə nikbin və ümidlə baxmalıyıq. Hamımızın amalı ondan ibarətdir ki, ölkəmiz daha da güclənsin güclü dövlətə çevrilsin və Azərbaycan vətəndaşları daha da yaxşı yaşasınlar.
2018-ci il aprelin 11-də keçirilmiş növbədənkənar prezident seçkiləri Azərbaycan Respublikası Prezidenti postuna keçirilən sayca 8-ci rəsmi seçki olmuşdur. Prezident seçkilərində səsvermə hüququna malik olan vətəndaşların 74.3 % iştirak etmişdir. Şəffaf, azad, demokratik şəraitdə keçirilən seçkilərdə cənab İlham Əliyev Azərbaycan seçicilərinin mütləq əksəriyyətinin səsini qazanaraq (86,02 %) Azərbaycan Respublikasının Prezidenti seçilmişdir.
Azərbaycan ərazilərinin uzun illər boyu davam edən işğalına tezliklə son qoymaq üçün dövlətin daha da gücləndirilməsinə, ölkə daxilində islahatları sürətləndirərək çevik idarəetmənin qurulmasına, millətin hakimiyyətə etimadının bir daha sınaqdan çıxarılmasına, güvənməsinə əmin olmaqdan ötrü növbədənkənar seçkilərin keçirilməsi zəruri idi. Yaranmış mürəkkəb beynəlxalq şərait, müxtəlif dövlətlər arasında münasibətlərin gərginləşməsi çevik addımların atılmasını labüd etmişdir.
Növbədənkənar prezident seçkilərindən sonra ölkə yeni inkişaf mərhələsinə qədəm qoydu. 44 günlük müharibədə Azərbaycan ordusu müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə ölkənin ərazi bütövlüyünü, tarixi ədalət bərpa etdi. Son ilərdə ölkə iqtisadiyyatında artma müşahidə olundu. Qeyri neft sektorunun payı iqtisadiyyatın inkişafında xeyli yüksəlmiş göstərildi. Biznes dominantlığı xeyli irələdi. İqtisadi artım, bütün vətəndaşların sosial rifahı yaxşılaşdırıldı. Aztəminatlı ailələrin təminatı daha da gücləndirildi. Ölkədə təhsilə çıxışın yaxşılaşdırılması məqsədilə müasir texnologiyaya əsaslanan təhsil infrastrukturu yaradıldı İnformasiya-kommunikasiya texnologiyaları da daxil olmaqla, müasir texnologiyalardan bilik və informasiyanın ötürülməsi üçün istifadə olunması qlobal səviyyədə də inkişafın əsas şərtlərindən sayılır. Hazırda bütün ölkələrdə iqtisadi potensialın insan kapitalına çevrilməsi yolunda ardıcıl və sistemli tədbirlər həyata keçirilir. Məlum olduğu kimi, ölkəmizdə digər işlər kimi infrastruktur quruculuğu da geniş vüsət alıb, bu istiqamətdə ardıcıl və məqsədyönlü tədbirlər həyata keçirilir. Xüsusilə də, Azərbaycanın bütün bölgələrində infrastrukturun yenilənməsi, o cümlədən abadlıq-quruculuq işləri reallaşdırılıb və bu gün də uğurla davam etdirilir. Regionların sosial-iqtisadi inkişafına dair müvafiq Dövlət proqramları çərçivəsində ölkə miqyasında bəhs olunan istiqamətlərdə qarşıya qoyulan vəzifələr müvəffəqiyyətlə icra edilir. Qeyd edək ki, ölkəmizdə təhsil infrastrukturunun yenidən qurulması işi də dövlətimizin xüsusi diqqət mərkəzindədir. Bir sözlə, ötən illərdə olduğu kimi, hazırda da bütün istiqmətlər üzrə işlər uğurla davam etdirilir.