YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

İspaniyanın RTVE telekanalı ilk Avropa Oyunlarının açılış və bağlanış mərasimlərini canlı yayımlayacaq

İlk Avropa Oyunlarının İspaniyadakı teleyayımını həyata keçirəcək RTVE kanalı “Bakı-2015”lə bağlı açıqlama yayıb.

Açıqlamada bildirilir ki, iyunun 12-28-də Azərbaycanın paytaxtı Bakıda ilk Avropa Oyunları keçiriləcək. Yarışlarda 6000-dən artıq, o cümlədən İspaniyadan 214 atlet 20 idman növü üzrə mübarizə aparacaq.

Televiziya kanalının rəhbərliyi bildirir ki, Avropa Oyunlarının açılış və bağlanış mərasimləri, eləcə də ispaniyalı idmançıların yarışları canlı yayımlanacaq. Bundan başqa, Oyunlar müddətində hər gün iki dəfə yarışların icmalı veriləcək. Televiziyanın internet səhifəsində isə Oyunlarla bağlı xüsusi olaraq www.rtve.es/baku bölməsi yaradılıb.

 

DİGƏR Xəbərlər Arxiv