YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Birinci Qarabağ müharibəsi şəhidlərinin xatirəsi anılıb

Şəhidlər xiyabanında Birinci Qarabağ müharibəsi şəhidləri Kəlbəcər rayonundan olan tabor komandiri, baş leytenant Mahir Quliyevin və Zəngəzur mahalının Qafan rayonundan olan Ramazanov Firuddin Bəhram oğlunun anım günlərində xatirələri yad edilib.

YAP Kəlbəcər rayon təşkilatının sədri Həbib Misirov, Milli Məclisin deputatı Aqil Məmmədov çıxışlarında şəhidlərin döyüş yolunun gələcək nəsillər üçün nümunə olacağını, Vətən uğrunda canını fəda edən qəhrəmanların əbədiyyətədək xalqımızın yaddaşında yaşayacağını, onların xatirəsinin dövlətimiz tərəfindən daim uca tutulacağını qeyd ediblər.

Şəhid Mahir Quliyevin qardaşı, Əməkdar jurnalist Əlövsət Ağalarov, şəhid Firuddin Ramazanovun anası Bağdagül Ramazanova və digərləri Qarabağ Zəfəri ilə həm də Birinci Qarabağ müharibəsi şəhidlərinin qisasının alındığını deyiblər.