YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Şəhidlərin xatirəsi daim xatırlanır

Biləsuvar rayonunda Vətən müharibəsi şəhidi Əlizadə Nəriman Nurəhməd oğlunun 26-cı doğum günü qeyd olunub.

Yeni Azərbaycan Partiyası (YAP) Biləsuvar rayon təşkilatının sədr müavini Aqşin Qasımov, Biləsuvar Rayon İcra Hakimiyyətinin əməkdaşı Röyal Quluzadə, şəhid valideynləri və partiya fəalları şəhidin ailəsini ziyarət ediblər.

Ailə ilə görüşdə şəhidin keçdiyi şərəfli döyüş yolundan bəhs olunub, onun xatirəsinin əbədi yaşayacağı vurğulanıb.

Daha sonra şəhidin məzarı ziyarət edilib, ruhuna dualar oxunub.

Qeyd edək ki, Azərbaycan Respublikası Prezidentinin müvafiq sərəncamlarına əsasən şəhid Nəriman Əlizadə ölümündən sonra 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni, “Vətən uğrunda”, “Cəsur döyüşçü”, “Füzulinin azad olunmasına görə” və “Xocavəndin azad olunmasına görə” medalları ilə təltif edilib.