YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

İnkşaf mərhələsinin başlanğıcı

Sədaqət Vəliyeva

Milli Məclisin deputatı

Bu gün Azərbaycanda həyata keçirilən xarici siyasət kursu ölkəmizin milli maraqlarının qorunmasına və dünya miqyasındakı nüfuzunun artmasına xidmət edir. Ölkə başçımız İlham Əliyev bu istiqamətdə gecə-gündüz yorulmadan çalışır, mütəmadi olaraq xarici ölkələrə səfərlər, beynəlxalq əhəmiyyətli tədbirlərdə iştirak, dünya miqyaslı təşkilatlarla yaxından əməkdaşlıq edir. Sülhə, sabitliyə və inkşafa hesablanmış müdrik İlham Əliyev siyasəti dünyada unikal siyasət olaraq qəbul edilir, dünyanın tanınmış siyasətçiləri, dövlət xadimləri bu siyasəti təqdir edir və nümunəvi siyasət olaraq qiymətləndirir.

Aprelin 5-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Tacikistana rəsmi səfəri ölkələrimiz arasındakı mövcud əlaqələrin daha da inkşafına və yeni-yeni əməkdaşlıq sahələrinin yaranmasına böyük töhfə verəcək. Azərbaycanla Tacikistan arasındakı mövucd qardaşlıq münasibətlərinin uğurlu inkşafı ötən əsrin 90-cı illərinin əvvəlində qoyulmuşdur.  Həmin dövrdə Azərbaycan və Tacikistan ağır çətinliklərlə üzləşmişdi, hər iki dövlətdə ictimai-siyasi sabitlik pozulmuş və vətəndaş müharibəsi gedirdi. Lakin Azərbaycan xalqının Ulu Öndəri Heydər Əliyevin və Tacikistan Prezidenti Emoməli Rəhmonun böyük liderlik bacarığı nəticəsində ölkələrimiz çətinlikləri arxada qoyaraq inkşaf yoluna çıxdı və bu gün Azərbaycan və Tacikistan dünyanın ən sabit ölkələrindəndir.

Səfər zamanı hər iki ölkə Lideri mətbuata bəyanatla çıxış edərək ölkələrimiz arasındakı mövcud olan yüksək əlaqələrdən, tarixi dostluq münasibətlərindən bəhs etdi. Səfər çərçivəsində çoxsaylı sənədlər imzalandı ki, bu da ölkələrimiz arasındakı əməkdaşlığın hüquqi bazasının güclənməsinə xidmət edəcək.

Ümumilikdə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Tacikistana səfəri ölkələrimiz arasındakı münasibətlərdə yeni inkşaf mərhələsinin başlanğıcı oldu.