YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

İnkişafa böyük təsir

Kamilə Əliyeva

Milli Məclisin deputatı, professor

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Mərkəzi Asiya dövlətləri ilə siyasi, iqtisadi əlaqələrin yaradılmasına və inkişaf etdirilməsinə xüsusi diqqət ayırır.  Bu regionda yerləşən dövlətlər Azərbaycanla münasibətləri yüksək səviyyəyə çatdırmağa böyük maraq göstərir. Mərkəzi Asiya regionunda yerləşən dörd türkdilli dövlətlərlə Azərbaycan arasında ikitərəfli və çoxtərəfli sıx iqtisadi-siyasi əlaqələr qurulmuşdur. Bu dövlətlərlə ticarət dövriyyəsi hər il artmaqdadır. Mərkəzi Asiyada yerləşən Tacikistanla Azərbaycan arasında qardaşlıq münasibətlərinin əsası ötən əsrin 90-cı illərinin əvvəlində qoyulmuşdur. Ulu öndər Heydər Əliyev və Tacikistanın hazırki Prezidenti Emoməli Rəhmonun bu əlaqələrin inkişafına və ölkələr arasında dostluq münasibətlərinin qurulmasına böyük töhfə vermişdir.

Prezident İlham Əliyevin də Tacikistana səfərləri münasibətləri daha da yaxınlaşdırmışdı. Cari ilin aprel ayının 5-də Prezident İlham Əliyev Tacikistana növbəti dəfə rəsmi səfər etdi. Səfər zamanı iki dövlət arasında həyatın bir çox sahələrini əhatə edən sənədlər imzalandı.

Bu gün Tacikistan yeni inkişaf mərhələsinə qədəm qoyan dövlətlərdəndir. Bu ölkədə siyasi sabitlik hökm sürür. Sabitlik olmayan dövlətlər heç vaxt iqtisadi inkişafa və ölkənin müstəqil siyasət yürütməsinə nail ola bilməz. Azərbaycanın böyük dövlət və özəl şirkətləri Tacikistana investisiya qoymağa hazırdır. Bu gün Tacikistanla Azərbaycan arasında illik ticarət dövriyyəsi cəmi 6,5 milyon manat təşkil edir.

Hər iki dövlət arasında imzalanmış sənədlər imkan verir ki, ticarət dövriyyəsinin həcmi dəfələrlə artsın.  Tacikistan və Azərbaycan dövlətlərinin hökumət nümayəndələri arasında sənədlərin imzalanması mərasimindən sonra Prezident  İlham Əliyev mətbuata bəyanatla çıxış edərək hər iki dövlət arasında  mövcud dostluq münasibətlərinin daha yüksək səviyyəyə qalxacağını söylədi. 

Tacikistan Çindən Avropaya gedən İpək yolu üzərində yerləşən bir ölkədir. Bu gün bir çox dövlətlərin İpək yolunun açılmasına maraq göstərməsi Tacikistanın da inkişafına böyük təsir göstərəcək.

Eyni zamanda Azərbaycan Şərq-Qərb, Şimal-Cənub marşrut qovşağında yerləşir. Azərbaycanın  ölkə daxilində yaratmış olduğu nəqliyyat və logistika infrastrukturu imkan verir ki, Avropa ilə Asiyanı birləşdirən,  Azərbaycan  və Tacikistandan da  keçməklə yeni bir marşrut dəhlizi yaransın.

Azərbaycan və Tacikistan Prezidentlərinin də dostluq münasibətləri hər iki dövlətin gələcək inkişafına  böyük töhfə verəcək.