YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

“Ulu Öndər Heydər Əliyev və ordu quruculuğu”

Yeni Azərbaycan Partiyası (YAP) Ağdaş rayon təşkilatı Qülbəndə kənd ərazi partiya təşkilatında “Heydər Əliyev İli” çərçivəsində “Ulu Öndər Heydər Əliyev və ordu quruculuğu” mövzusunda görüş keçirilib.

Tədbirdə çıxış edən YAP Ağdaş rayon təşkilatı Qülbəndə kənd ərazi partiya təşkilatın sədri Səbuhi Məmmədov Ulu Öndərin Azərbaycan üçün misilsiz xidmətlərindən bəhs edib, dahi şəxsiyyətin xilaskarlıq missiyasından danışıb.

YAP Ağdaş rayon təşkilatının əməkdaşı Anar Şahmuradov çıxış edərək ulu öndər Heydər Əliyevin ölkəmizdə həyata keçirdiyi ordu quruculuğundan və bu sahədə olan düşünülmüş, uzaqgörən siyasətdən bəhs edərək bildirib ki, dahi şəxsiyyətin 1971-ci ildə böyük zəhmətlər bahasına görkəmli sərkərdə Cəmşid Naxçıvanskinin adını daşıyan hərbi kadrlar hazırlayan liseyin yaradılmasına nail olması Milli Ordu quruculuğunun başlanğıcı hesab edilir.

Görüşdə partiya fəallarından Zahir Məmmədov, Nargilə Qasımova və Kamil Mustafayev müstəqil Azərbaycan dövlətinin xilaskarı ümummilli lider Heydər Əliyevin gərgin əməyi nəticəsində ölkəmizdə nizami ordu yaradıldığını və ordunun  davamlı olaraq müasirləşdirilməsi üçün təxirəsalınmaz işlər aparıldığını qeyd ediblər. Çıxışçılar vurğulayıblar ki, Prezident İlham Əliyevin Ulu Öndərin ordu quruculuğu siyasətini zamanın tələblərinə uyğun həyata keçirməsinin nəticəsi olaraq rəşadətli Azərbaycan Ordusu torpaqlarımızı işğaldan azad edib və bu gün dünyanın ən güclü ordularından birinə çevrilib.