YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

IDEA BMT-nin Ətraf Mühit Proqramında müşahidəçi statusu alıb

IDEA (Ətraf Mühitin Mühafizəsi Naminə Beynəlxalq Dialoq) İctimai Birliyi BMT-nin Ətraf Mühit Proqramında (UNEP) akkreditə olunub və bu təşkilat nəzdində müşahidəçi statusu alıb.

Bu təşkilatda müşahidəçilik statusu IDEA-ya UNEP-in hər il keçirilən regional müşavirələrində, eləcə də sessiyaları zamanı Tamtərkibli komitənin (Committee of the Whole) plenar iclaslarında və nazirlər səviyyəsində məsləhətləşmələrdə iştirak, UNEP katibliyi vasitəsilə hökumətlərə məlumatlandırıcı sənəd formasında yazılı hesabatlar göndərmək, UNEP-in müzakirələri zamanı şifahi bəyanatlar vermək və s. səlahiyyətlər verir.

Qeyd edək ki, IDEA Azərbaycanda ekoloji layihələrin icrası üçün UNEP-in əsas tərəfdaşıdır. IDEA-nın UNEP ilə əməkdaşlığı nəticəsində 2012-ci il noyabrın 12-dən 16-dək "Yaşıl həftə" layihəsi həyata keçirilib. Layihə çərçivəsində panel müzakirələr, yerli tələbələrlə görüşlər və TUNZA proqramının təqdimatı olub. Bu çərçivədə, həmçinin Beynəlxalq Gənclər Forumu keçirilib. Yerli və beynəlxalq gənclər təşkilatlarının iştirakı ilə keçirilən forumda davamlı inkişaf məsələləri, 2012-ci ilin iyun ayında keçirilmiş "Rio+20" sammitinin yekunu və daimi əməkdaşlıq haqqında müzakirələr aparılıb.