YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Xəzər rayonunda “Heydər Əliyev və azərbaycançılıq məfkurəsi“ mövzusunda konfrans keçirilib

Mərdəkan Mədəniyyət Sarayında Yeni Azərbaycan Partiyası Xəzər rayon təşkilatının və Xəzər Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə “Heydər Əliyev və azərbaycançılıq məfkurəsi” mövzusunda konfrans keçirilib.

Tədbirdə YAP Xəzər rayon təşkilatının sədri Namiq Əhmədov, Xəzər Rayon İcra Hakimiyyətinin başçısı Elşən Salahov, YAP Veteranlar Şurasının üzvü, Milli Məclisin Səhiyyə Komitəsinin sədri Əhliman Əmiraslanov, YAP Veteranlar Şurasının üzvləri Misir Mərdanov, Tahir Məmmədov, Xəzər Rayon Ziyalılar Cəmiyyətinin sədri Təvəkkül Səlimov, RİH başçısının müavinləri, təhsil və səhiyyə müəssisələrinin rəhbərləri, şəhid ailələrinin üzvləri və qazilər, rayonun ictimai-siyasi, mədəni həyatında fəallığı ilə seçilən gənclər iştirak ediblər.

Tədbir iştirakçıları əvvəlcə Xəzər Rayon İcra Hakimiyyətinin binası önündə ucaldılmış ümummilli lider Heydər Əliyevin abidəsini ziyarət edib, dahi şəxsiyyətin əziz xatirəsini dərin ehtiramla yad edərək abidə önünə gül dəstələri qoyublar.

Azərbaycan Respublikasının Dövlət Himninin səslənməsi ilə başlayan konfransda Ulu Öndərin, eləcə də ölkəmizin ərazi bütövlüyü və suverenliyi uğrunda mübarizədə canlarını qurban vermiş şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Çıxış edənlər bildiriblər ki,  ümummilli lider Heydər Əliyevin Vətən və xalq qarşısında göstərdiyi böyük xidmətlərdən biri də milli dövlətçiliyimizin möhkəmləndirilməsi baxımından çox əhəmiyyətli olan azərbaycançılıq ideyasını irəli sürməsi, onu milli diasporun təşkilatlanması üçün ideoloji təmələ çevirməsidir.  Ötən illər ərzində Azərbaycan xalqı Ümummilli Lider Heydər Əliyevin azərbaycançılıq məfkurəsinə sadiq qalmış və onu inkişaf etdirib.