YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Deputat Naftalanda vətəndaş qəbulu keçirib

Milli Məclisin deputatı Anar Məmmədov Naftalan şəhərində növbəti vətəndaş qəbulu keçirib. Qəbulda Naftalan Şəhər İcra Hakimiyyəti başçısının birinci müavini, Şəhər Ağsaqqallar Şurasının sədri, “Azərbaycan Qarabağ Müharibəsi Əlilləri, Veteranları və Şəhid Ailələri” İctimai Birliyinin Goranboy rayon şöbəsinin sədri və şəhər sakinləri iştirak edib.

Qəbulda müxtəlif sosial qrupları təmsil edən şəxslər iştirak edib. Vətəndaşların səsləndirdikləri müraciətlərin əsas hisssəsində işlə təminat, məşğulluq, ünvanlı sosial yardımın təyin olunmasında yaranan problemlər yer alıb. Vətəndaşların müraciətləri ilə əlaqədar qeydiyyat aparılıb. Deputat səlahiyyətlərinə aid olan problemlər nəzarətə götürülüb və həlli üçün qanunvericilik çərçivəsində müvafiq addımlar atılıb. Eyni zamanda deputat sorğularının göndəriləcəyi, vətəndaşların problemlərinin həlli üçün aidiyyatı orqanlar qarşısında məsələlərin qaldırılacağı da vurğulanıb.

Vətəndaşlar qəbuldan məmnunluqlarını ifadə edərək ölkədə, o cümlədən Naftalan şəhərində həyata keçirilən müxtəlif sosial layihələrə, abadlıq-quruculuq işlərinə görə ölkə başçısı İlham Əliyevə və Birinci vitse-prezident Mehriban Əliyevaya  minnətdarlıqlarını bildiriblər.