YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

İnkşafa böyük təkan

Sədaqət Vəliyeva

Milli Məclisin deputatı

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin vəzifəyə yeni təyin olunmuş şəxsləri qəbul etməsi, onlara müvafiq tapşırıqlarını və tövsiyyələrini verməsi bir daha sübut edir ki,  Azərbaycan dövlətinin və ölkə başçımızın apardığı siyasətin mərkəzində vətəndaş məmnunluğu dayanır.

Martın 28-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Məsim Məmmədovu Prezidentin Şərqi Zəngəzur iqtisadi rayonuna daxil olan Laçın rayonunda xüsusi nümayəndəsi təyin olunması ilə əlaqədar qəbul etdi. Qeyd etmək lazımdır ki, ölkə başçısı İlham Əliyevin Laçın rayonunda Azərbaycan Prezidentinin xüsusi nümayəndəsinin təyin edilməsi haqqında Sərəncam imzalaması işğaldan azad olunmuş Laçın rayonunun daha da inkşafına böyük təkan verəcək. Qəbul zamanı Prezident İlham Əliyev çıxışında bir sıra vacib məsələlərə toxundu və tarixi həqiqətləri diqqətə çatdırdı. Laçın rayonunun  yüksək potensialı,  beynəlxalq əhəmiyyəti, rayon ərazisində həyata keçirilən genişmiqyaslı bərpa və quruculuq işləri haqqında bəhs edən Azərbaycan Prezidenti, ermənilərin işğal dövrü zamanı Laçında həyata keçirdiyi vandalizm və terror siyasəti haqqında da məlumat verdi.

Laçın rayonunda beynəlxalq hava limanı inşa edildiyini bildirən cənab İlham Əliyev həmin ərazilərdə uçuş-enmə zolağının inşası üçün düz yer tapmaq mümkün olmadığını, dağları kəsərək, böyük torpaq işlərini həyata keçirərək bütün dağlıq və dağlarla əhatə olunan ərazilərdə beynəlxalq hava limanının inşa edildiyini vurğuladı. Eyni zamanda Kəlbəcər-Laçın yolunun yenidən qurulması prosesinə də start verilmişdir ki, bununla da, Göygöl rayonundan da Şərqi Zəngəzura yol açılmışdır. Bütün bu faktlar Azərbaycan dövlətinin iqtisadi gücünün və qüdrətinin göstəricisidir. Müharibənin yeni bitməsinə baxmayaraq bu gün Azərbaycan öz inkşaf tempini qoruyub saxlamaqla yanaşı işğaldan azad olunmuş ərazilərimizdə sürətli bərpa-qurucluq işləri həyata keçirilir və bu ərazilərimiz cənnətə çevrilməkdədir. Əlbətdə bütün bunlar Prezident İlham Əliyevin zərgər dəqiqliyi ilə ölçüb biçərək həyata keçirdiyi müdrik və unikal siyasətin nəticəsidir. Eyni zamanda bu gün bütün dünya, verdiyi bütün sözləri tamlıqla yerinə yetirən Ali Baş Komandanımız İlham Əliyevin Şuşaya ilk səfəri zamanı səsləndirdiyi “Biz bu torpaqları cənnətə çevirəcəyik” fikirlərinin qısa müddətdə reallığa çevrilməsinə şahidlik edir.

Cənab Prezidentimiz öz nitqində anti-Azərbaycan siyasəti yürüdənlərə, ölkəmizin uğurlarını həzm edə bilməyənlərə lazımi mesajlar verərək bir daha bəyan etdi ki, heç kəs Azərbaycanla ultimatum dili ilə danışa bilməz və bu mümkünsüzdür!

Çıxışı zamanı Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev eyni zamanda  Laçınlılara xoş xəbər də vermiş oldu. Beləki, ölkə başçımız, laçınlıların bu il öz doğma torpaqlarına qayıdacaqlarını, minlərlə insanın artıq bu ilin sonuna qədər Laçın şəhərində yaşayacağını və Laçının, nəinki Azərbaycanın dünya miqyasında ən gözəl şəhərlərdən birinə çevriləcəyini elan etdi.