YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI  : 0
BİZƏ YAZIN

Xəbərlər

İnkişafa böyük təkan

Mansur Quliyev

YAP Ağdam rayon təşkilatının sədri

Prezident İlham Əliyevin ölkəyə rəhbərlik etdiyi 2003-cü ildən bu vaxtadək olan müddət Azərbaycan tarixinə hərtərəfli və sürətli inkişaf dövrü kimi daxil olub. Ölkəmizdə mövcud olan sosial-siyasi sabitliyin qorunmasının, iqtisadi inkişafın, hərtərəfli tərəqqinin təməlində Ümummilli lider Heydər Əliyevin inkişaf strategiyası, Onun müəyyənləşdirdiyi daxili və xarici siyasət xətti dayanır.

Azərbaycanda sağlam, Beynəlxalq hüququn norma və prinsiplərinə əsaslanan siyasi dialoq mövcuddur. Bu gün ölkəmizdə müxalifət patiyalarının fəaliyyəti üçün demokratik prinsiplərə söykənən şərait yaradılmışdır. Bu baxımdan parlamentdə, mətbuat səhifələrində, televiziyada, ayrı-ayrı tədbirlərdə bu dialoq baş verir. Hər bir tərəf mövqeyini ortaya qoyur və ortaq nöqtələr tapmağa çalışırlar.

Qeyd edək ki, Prezident İlham Əliyevin təşəbbüsü ilə ölkədə siyasi dialoq mühitinin inkişaf etdirməsi siyasi proseslərdə iştirak edən bütün tərəfləri açıq və bərabərhüquqlu münasibətlərə dəvət olunması deməkdir. Ölkədə milli dövlətçiliyik və demokratik ənənələrin inkişafı, habelə sağlam dialoq mühitinin dəstəklənməsi naminə irəli sürülən təşəbbüslərdə hər zaman iştirak etməyə hazır olan iqtidar və müxalifətin konstruktiv vəhdəti Prezident İlham Əliyevin apardığı siyasətə dəstək verməklə Azərbaycanın dünya birliyində daha da möhkəmlənməsinə öz töhfəsini verəcəkdir.

Prezident İlham Əliyev hər zaman vurğulayır ki, iqtidarla digər siyasi partiyalar arasında ümummilli məsələlərdə heç bir fərqli fikir ayrılığı ola bilməz. Sevindirici haldır ki, Vətən müharibəsində ümummilli maraqları, dövlətimizin ərazi bütövlüyünü özlərinin müqəddəs amalı hesab edən siyasi partiyalar Prezident İlham Əliyevlə bir yerdə  olduqlarını bəyan etdilər.

Prezident İlham Əliyev tərəfindən ölkədə fəaliyyət göstərən bütün siyasi partiyaların normal fəaliyyət göstərməsi üçün onlara hər cür şərait yaradılmışdır. İqtidar hər zaman siyasi dialoq prinsiplərinə sadiqlik nümayiş etdirib.

Bu baxımdan "Siyasi partiyalar haqqında" Qanun layihəsinin hazırlanması və qüvvəyə minməsi ölkəmizdə fəaliyyət göstərən siyasi partiyaların inkişaf etməsinə böyük təkan verəcək. 

Yeni qanunda siyasi partiyanın necə təsis edilməsi, reyestrdə onlarla bağlı hansı məlumatların olması, partiya fəaliyyəti üçün tələblər, habelə siyasi partiyaların fəaliyyətinə nəzarət mexanizmləri, partiya üzvlüyünə məhdudiyyətlər, partiyaların rəmzlərinin müəyyənləşməsi, onların maliyyələşməsinin təşkili, qeydə alınmayan və ya qeydiyyatı ləğv edilən siyasi partiyanın fəaliyyətinin nədən ibarət ola biləcəyinə və sair məsələlərə dair məqamlar yer alıb.

DİGƏR Xəbərlər Arxiv